Əsas Səhifə > Güney Press / Ana xəbər > Fərhad Əfəndiyev ölkədən qaçdı
Fərhad Əfəndiyev ölkədən qaçdı28-07-2015, 13:36 |
![]() Məlumat üçün С…atırladaq ki, yanvar ayından sonra maliyyə böhranı ilə üzləşən klub rəhbərliyi futbolçuların qidalanmasını təmin etmək üçün ərzaq mallarını Zaqataladakı mağazalardan nisyə götürməli olub. Bunun üçün klubun vitse-prezidenti Fərhad Əfəndiyev zamin durub. May ayına qədər klubun mağazalara 47 min manat borcu olub. 11 min manat borc isə kommunal xərclərə - işıq, qaz və internetə görə yaranıb. Anar Bəkirov Fərhad Əfəndiyevi əmin edib ki, futbolçuların satışından əldə olunan vəsaitlə borcu ödəyəcək. Ancaq Bəkirov vədinə əməl etməyib. Belə ki, prezident Vüqar Mustafayevin satışından 80 min, Tural Axundovun keçidindən 40 min, Vadim Abdullayevin transferindən isə 50 min manat alıb. 170 min manatı mənimsəyən Anar Bəkirov borcları ödəməkdən imtina edib. O, əvvəlcə Fərhad Əfəndiyevə zəng edərək, ona bildirib ki, Bakıya gəlib pulu götürsün. Bakıya gedən Fərhad Əfəndiyev 6 gün ərzində Anar Bəkirovla əlaqə saxlaya bilməyib. Telefon zənglərinə cavab verməyən Bəkirovla görüşmək mümkün olmayıb. Məsələ ilə bağlı Piasport.az-a yeni məlumat daС…il olub. Məlumatı verən mənbə bildirir ki, borc sahibləri Fərhad Əfəndiyevlə bağlı artıq polisə şikayət edib və araşdırmalar başlayıb. Lakin polis hələ ki, "Simurq"un vitse-prezidentini tapa bilməyib. Mənbə iddia edir ki, Fərhad Əfəndiyev müəyyən ələqalərdən istifadə edərək ölkədən qaçıb. Onunla bağlı başqa bir məlumat da almışıq. Məlumatda bildirilir ki, BeynəlС…alq Banka borcu olanlardan biri də Fərhad Əfəndiyevdi. Məlumatı verən mənbə deyir ki, Anar Bəkirovun vasitəçiliyi ilə bankdan onun adına böyük məbləğdə kredit rəsmiləşdilib. Bu bu kredit də digərləri kimi ödənməyib. Bu pulun Fərhad Əfəndiyev tərəfindən mənimsənilib-mənimsənilmədiyi bilinmir. Çünki Anar Bəkirov çoС… sayda işçisinin adına külli miqdarda kredit götürərək geri qaytarmayıb. Fərhad Əfəndiyevin adına götürülmüş borcun da onun tərəfindən mənimsənilməsi mümkündü. Geri qayıt |