Əsas Səhifə > Güney Press / Ana xəbər > Beynəlxalq Bankın yeni rəhbəri haqqında
Beynəlxalq Bankın yeni rəhbəri haqqında23-07-2015, 12:21 |
|
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti iyulun 22-də özünə yeni rəhbər seçdi. İdarə heyətinin sədri vəzifəsinə Kapital Bankın və Azəri-Türk Bank ASC-nin isə keçmiş rəhbəri Elmar Məmməd oğlu Məmmədov seçilib. Elmar Məmmədov bu vəzifəyə qədər bir sıra vəzifə daşıdığından artıq xəbəriniz var. Kapital Bankın yeni rəhbərinin həyat yolundan qısa bir arayış çıxardıq. Məlum oldu ki, bu şəxs bank sahəsində olduqca çeşidli vəzifələrdə işləyib. İyirmi ildən artıq isə bu sahədə rəhbər vəzifələrdə çalışıb. Məmmədov Elmar Məmməd oğlu idarə heyətinin sədri 9 oktyabr 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1994-cü ildə isə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat İdarəsinin rəisi, bankın Səbail filialının müdiri olub. 2004-cü ilin noyabrından Kapital Bank ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından bankın idarə heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə idarə heyəti sədrinin birinci müavini vəzifələrində çalışmışdır. Kapital Bank ASC müşahidə şurasının 05 iyun 2009-cu il tarixli qərarına əsasən, Kapital Bank ASC idarə heyətinin sədri vəzifəsinə təyin edilib. Ailəlidir, bir övladı var. Qeyd edək ki, bundan öncə Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyev olub. Ölkənin ən məşhur və ən təcrübəli bankirlərindən biri olan Cahangir Hacıyev mart ayında vəzifəsindən istefa verdi. Yeni rəhbər haqda məlumatları incələyərkən məlum oldu ki, bu vəzifəni 4 il icra edəcək Elmar Məmmədov Dövlət Sığorta Şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur. Elmar Məmmədovun müavinlərindən Ülvi Mansurov bəstəkar Eldar Mansurov, Murad Şirəliyev isə səhiyyə naziri Oqtay Şirəliyevin oğludur. Murad Şirəliyev səhiyyə nazirinin böyük oğludur. O, uzun müddətdir bank sektorunda çalışır. Murad Oqtay oğlu Şirəliyev 2 mart 1978-ci il tarixində Bakı şəhərində anadan olub. İqtisadçı ekspert Oktay Haqverdiyev Hafta.az-a açıqlamasında yeni rəhbərin vəzifə təyini olduqca düzgün seçimdir. Ekspert hesab edir ki, gənc olması ilə yanaşı, Elmar Məmmədov həm də çox təcrübəli rəhbərdir: “Yeni təyin olunan Elmar Məmmədovun təcrübəsi çoxdur. Məndə olan məlumata görə, seminarlardan da uğurla keçmiş bir adamdır. O, bu işin professionalıdır. Yəqin ki, yeni işin öhdəsindən uğurla gələ biləcək. Elmar Məmmədovun yeni vəzifədə özünü necə aparacağı sonranın işidir. Hesab edirəm ki, düzgün seçimdir”. Qeyd edək ki, dünən adıçəkilən bankda yeni rəhbərlə bərabər, həm də yeni idarə heyəti formalaşdırılıb. Yeni seçilmiş idarə heyətinə bankın maliyyə sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi ilə bağlı tədbirləri həyata keçirmək məqsədilə kredit siyasətinin yenidən işlənib, hazırlanması ilə bağlı Elmar Məmmədov ilk tapşırıqlarını veib. Bankın təşkilati strukturunun və filial şəbəkəsinin təkmilləşdirilməsi və bir sıra digər mühüm məsələlər barəsində də işçilər idarə heyətindən yeni göstərişlər alıblar. Bankdan verilən məlumata görə, Audit Komitəsinə adıçəkilən fərmandan irəli gələn vəzifələrin icrası olaraq bank tərəfindən kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərinin araşdırılması tapşırılıb. Aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün tədbirlərin görülməsi həvalə edilib. Geri qayıt |