Əsas Səhifə > Güney Press / Ana xəbər > Şirvan İH-də çarəsiz qalan sakinləri dilənçi adlandırırlar
Şirvan İH-də çarəsiz qalan sakinləri dilənçi adlandırırlar23-07-2015, 10:24 |
![]() Uzun müddət öncə övladını itirən Rəna xanım himayəsidə olan 2 azyaşlı nəvəsilə 2000-ci ildən uçuq- sökük yerdə yaşayır Şirvan şəhərindən Rəna Orucovanın BTV-yə yolladığı fəryad dolu məktub əməkdaşlarımızı göstərilən ünvana yollanmağa vadar etdi. Mənzil başına çatdıqda qarşılaşdığımız mənzərə bizi heyrətə saldı. Uzun müddət öncə övladını itirən Rəna xanım himayəsidə olan 2 azyaşlı nəvəsilə 2000-ci ildən uçuq- sökük yerdə yaşayır. Rəna Orucova qeyd edir ki , evin təmir edilməsilə bağlı Şirvan şəhər icra hakimiyyətinə , şəhər üzrə millət vəkili Azay Quliyevə müraciət ünvanlasa da şikayətinə baxan yoxdur. Məsələni aydınlaşdırmaq məqsədilə , Şirvan şəhər icra hakimiyyəti ilə əlaqə saxladıq. Suallarımızı icra başçısının birinci müavini Samid Abıyev cavablandırdı. Biz BTV olaraq , məsələni işıqlandırıb ictimaiyyətə çatdırmağa çalışdıq. Ümid edirik , məsələyə aidiyyatı qurumlar ailənin ağır yaşayış tərzinə biganə yanaşmayacaqlar. Geri qayıt |