Əsas Səhifə > Güney Press / Ana xəbər > AZAL-ın yeni qiymətləri də narazılıqlara səbəb oldu
AZAL-ın yeni qiymətləri də narazılıqlara səbəb oldu22-07-2015, 15:56 |
|
AZAL çoxdan gözlənilən addımı atdı. Biletlərin qiymətləri 20 faiz endirildi. Əslində bu nə deməkdir? Hafta.az bildirir ki, iqtisadçı ekspert Natiq Cəfərli qiymətlərin endirilməsini aşağıdakı kimi izah edib: “99 avroya satılan biletlərin qiyməti hər iki tərəfə manatla (bugünkü məzənnə ilə) 228 manat olacaq. 5 kq əl baqajı pulsuz olacaq, amma baqaja verəcəyiniz hər çamadana (çantaya) görə əlavə 50 avro ödəməli olacaqsınız ki, bu da indiki məzənnə ilə 55 manat edir. Əgər geri qayıdanda çamadanınızı kiməsə bağışlamadan Bakıya gətirmək istəyirsinizsə, yenə əlavə 55 manat ödəməli olacaqsınız. Yəni gediş-dönüş bileti, üstəgəl 1 çamadan sizə 338 manata başa gələcək. Əvvəl İstanbula 2-3 ay qabaq bilet alanda 240-250 manata tapmaq olurdu, indi isə qiymətlər daha da bahalaşıb”. Əslində baş verən nədir? Məsələ ilə bağlı nəqliyyat üzrə ekpert Ərşad Hüseynov bildirib ki, AZAL biletlərinə 20 faiz endirim tətbiq edilməsindən sonra da başqa ölkələrə uçmaq üçün Tiflisə gedən Azərbaycan vətəndaşlarının sayı heç də azalmayacaq: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?”. Beləliklə də göründüyü kimi, AZAL qiymətləri endirsə də, ictimaiyyətdə hələ də avia biletlərin baha olması ilə bağlı şikayətlər səslənir. Görünür AZAL ölkə başçısının tapşırığını tam icra etməsi üçün yenidən qiymətləri endirməli olacaq. Bunun isə nə zaman olacağı bəlli deyil. AZAL-dan isə Hafta.az-a bildirdilər ki, qiymətlərlə bağlı hesablama işləri aparılmaqdadır. Geri qayıt |