Əsas Səhifə > Güney Press / Ana xəbər > İmamverdi İsmayılov prezidentin təqdirini necə qazandı...

İmamverdi İsmayılov prezidentin təqdirini necə qazandı...


21-07-2015, 19:25
İmamverdi İsmayılov prezidentin təqdirini necə qazandı...
DİA.AZ: - Dünən Prezident İlham Əliyev Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında, habelə Azərbaycanın Milli Mətbuatının yaranışının 140 illiyi münasibətilə digər təltiflərlə bağlı bir neçə sərəncam imzalayıb.

diaaz.space xəbər verir ki, sərəncama görə, onlarla həmkarımız müxtəlif formada mükafatlandırılıb. Qeyd edək ki, mükafatlananlar arasında qocaman həmkarlarımızdan birinin - bu gün həm də millət vəkili olaraq tanıdığımız - İmamverdi İsmayılovun da adının yer alması heç də təsdüfi hesab oluna bilməz.

Qeyd edək ki, son zamanlar dövrü mətbuatda özünün dövlətçilik və ələlxüsus da Azərbaycanın ümummilli maraqları baxımından sərt mövqeni ifadə edən silsilə məqalələri ilə çıxış edən İmamverdi İsmayılovun belə bir şəkildə - yəni ən ali formada təqdir olunacağı gözlənilməz deyildi.

Şünki prezidentimiz başda olmaqla Azərbaycan dövləti hər zaman vətən və millət naminə külüng çalan istənilən peşə sahibinin zəhmətini mütləq şəkildə dəyərləndirir. Və bu əsnada İmamverdi İsmayılovun da adının əməkdar jurnalist kimliyi ilə tanıdılması təkcə hörmətli həmkarımızın zəhmətinin nəticəsi kimi deyil, həm də prezidentimizin çəkilən əziyyətə, israrlı vətəndaş-jurnalist mövqeyinə verdiyi qiymət kimi xüsusi əhəmiyyət daşıyır.

Bir daha həmkarımızı bu münasibətlə təbrik edirik...

Geri qayıt