Əsas Səhifə > Güney Press / Ana xəbər > Sərxoş rus hərbçisi Gümrüdə aləmi qatdı
Sərxoş rus hərbçisi Gümrüdə aləmi qatdı20-07-2015, 12:25 |
![]() Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusu bu şəhərdə ciddi insident törədib. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, 27 yaşlı rus hərbçisi Aleksandr Qalateyev bərk sərxoş halda öz şəxsi “Mercedes”ində ağır qəza törədib. Gümrüdəki keçmiş süd fabrikinin yaxınlığında baş verən qəza zamanı üç maşın əzilib. Ölən olmasa da rusiyalı hərbçi ağır yaralanıb. A.Qalateyev hospitala yerləşdirilib. Geri qayıt |