Əsas Səhifə > Güney Press / Ana xəbər > Beynəlxalq Banka sədr təyin edildi
Beynəlxalq Banka sədr təyin edildi20-07-2015, 10:38 |
![]() Beynəlxalq Banka sədr təyinatı baş verib. Axar.az-a daxil olan qeyri-rəsmiməlumata görə, bu gün “Azər-Türk Bank” ASC-nin sədri Elmar Məmməd oğlu Məmmədov Azərbaycan Beynəlxalq Bankının sədri seçilib. Qeyd edək ki, Cahangir Hacıyev bu il martın 18-də səhhəti ilə əlaqədar işdən uzaqlaşması barədə ərizə vermiş və Bankın Müşahidə Şurası istəyi təmin etmişdi. Sədr müavini Emil Mustafayev indiyə qədər sədri əvəz edirdi. Elmar Məmmədov 1969-cu ildə doğulub, ixtisasca iqtisadçı və hüquqşünasdır. 1995-2004-cü illərdə Beynəlxalq Bankın Əməliyyat idarəsinin rəisi, Səbail filialının rəhbəri işləyib. Daha sonra fəaliyyətini “Kapital Bank”da davam etdirən E.Məmmədov 2005-ci ildən bankı sədr müavini, 2009-cu ildən isə sədri işləyib. Ötən il dekabrın 14-də “Azər-Türk Bank" ASC-nin səmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilmişdi. Elmar Məmmədov “Azərsığorta” Dövlət şirkətinin rəhbəri Məmməd Məmmədovun (Azərbaycanda “Sığorta Mamed” kimi məşhur olan şəxs) oğludur. Geri qayıt |