Əsas Səhifə > Güney Press / Ana xəbər > "Nikoyl Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
"Nikoyl Bank"ın Müşahidə Şurasında dəyişiklik olub18-07-2015, 13:19 |
![]() "Nikoyl Bank" QSC-də kadr dəyişikliyi baş verib. "APA-Economics" xəbər verir ki, Valentina Koriçina bankın Müşahidə Şurasından çıxarılıb. Müşahidə Şurasının yeni üzvü Sergey Mitirev olub. O, eyni zamanda, "Uralsib" maliyyə korporasiyasının baş direktorunun müşaviridir. V. Koriçina isə "Uralsib"in vitse-prezidenti, bank biznesinin korporativ idarəetmə müdiridir. Hazırda bankın Müşahidə Şurasının sədri vəzifəsini İsgəndər Xəlilov tutur. Şuranın üzvləri bunlardır: İldar Muslimov ("Uralsib" maliyyə korporasiyasının İdarə Heyətinin sədri), Pavel Suxoruçkin ("GLL Services LTD" şirkətinin icraçı direktoru), Marina Kuleşova ("Topaz Investments" MMC-nin direktoru), Sergey Mitirev ("Uralsib" maliyyə korporasiyasının baş direktorunun müşaviri), Aleksey Sazonov ("Uralsib" ASC-nin İdarə Heyəti sədrinin müavini), İvan Romanovskiy ("LukOil" ASC-nin prezidentinin köməkçisi, aparat rəhbərinin birinci müavini). Azərbaycanın aparıcı banklarından biri olan "Nikoyl Bank" QSC-nin səhmdarları "Topaz İnvestments" QSC (56,4 %), "Nikoyl" QSC (42,6%) və "ISR Holding" MMC-dir (1,0%). Geri qayıt |