Əsas Səhifə > Güney Press / Ana xəbər > PKK terrorçuları İğdır-Naxçıvan yolunda yük avtomobilinə od vurub
PKK terrorçuları İğdır-Naxçıvan yolunda yük avtomobilinə od vurub17-07-2015, 10:01 |
|
PKK Türkiyənin İğdır vilayəti ərazisində terror törədib. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, iyulun 16-da yerli vaxtla saat 19.35-də İğdırın Qaraqoyun rayonunun Daşburun kəndi yaxınlığında PKK-çılar İğdırdan Naxçıvana – Dilucu sərhəd məntəqəsinə gedən yolu kəsərək bir yük avtomobilini (TIR) saxlayıblar. Onlar sürücünü avtomobildən düşürərək TIR-a od vurublar və hadisə yerindən qaçıblar. Yanğın səbəbi ilə yolda nəqliyyatın hərəkəti bir müddət dayandırılıb. Yanğınsöndürənlər TIR-ı söndürsələr də, avtomobil yararsız hala düşüb. Təhlükəsizlik qüvvələri əməliyyat-axtarış tədbirlərinə başlayıb. Geri qayıt |