Əsas Səhifə > Güney Press / Ana xəbər > Avantürist rus milyonçu Moskvaya qayıtdı:
Avantürist rus milyonçu Moskvaya qayıtdı:16-07-2015, 11:38 |
![]() Bir neçə həftə əvvəl Moskva ətrafındakı malikanəsini tərk edərək ailəsi ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə köçmüş rusiyalı milyonçu German Sterliqov yenidən Rusiya paytaxtına qayıdıb. Virtualaz.org saytı xəbər verir ki, Sterliqov bu gün səhər saatlarında İrəvandan Moskvaya uçub. O,jurnalistlərə bildirib ki, Moskvaya “kəşfiyyata” gəlib. Biznesmenin sözlərinə görə yaxın bir neçə gündə o, bir sıra görüşlər keçirəcək, həmin görüşlərin nəticəsi olaraq aydın olacaq ki, ailəsi ilə birlikdə Rusiyaya qayıda bilər, ya yox. “Mən bir neçə gün Rusiyada qalmağı planlaşdırıram. Sonra Qarabağa, ailəmin yanına qayıdacağam. Bu bir neçə günün necə keçəcəyindən asılı olaraq biz ailəmizlə yenidən bura qayıtmaq məsələsinə dair qərar verəcəyik. Mənim bura səfərim kəşfiyyat məqsədlidir. Ailəmi etibarlı yerdə gizlətmişəm, özüm isə gəlmişəm baxıb görüm nə var, nə yox. Ümid edirəm ki, hər şey qaydasındadır. Biz Rusiyada yaşamaq istəyirik, çünki rusuq və burada bizə xoşdur. Son vaxtlar Rusiyada kəndli işləri ilə məşğul olmaq çox asandır: heç kim mane olmur, hakimiyyət ancaq kömək edir”-Sterliqov deyib. German Sterliqovun adı Rusiyada millətçilərin silahlı təşkilatı BORN-un işində keçir. Bu bandanın üzvləri biri azərbaycanlı olmaqla bir neçə nəfəri, o cümlədən vəkili və jurnalisti qətlə yetiriblər. Sterliqovun Qarabağa qaçmasının əsas motivinin də məhz bu cinayət işi olduğu bildirilir. Lakin Sterliqov Qarabağ-Rusiya yaxınlaşmasına dair siyasi tezislər də irəli sürüb. Geri qayıt |