Əsas Səhifə > Güney Press / Ana xəbər > Yevlaxın icra başçısının obyekti partladı
Yevlaxın icra başçısının obyekti partladı16-07-2015, 09:23 |
|
Yevlaxdakı mənbəmizdən "Təzadlar"a verilən məlumata görə, Yevlax RİH başçısı Qoca Səmədova məxsus olan (H.Əliyev prospektində, DSMF-nin Yevlax rayon şöbəsinin yanında) restoranda qaz balonu partlayıb. Xəsarət alanlar barədə rəsmi məlumat yoxdur. Dünən gecə saatlarında yanğınsöndürənlər yanğının nəticələrini aradan qaldırmağa çalışıblar. Rayonun hüquq mühafizə orqanı rəhbərləri də hadisə yerində olublar. Mənbə bildirir ki, hadisə yerinə Ceyhun Səmədovla Qoca Səmədovun da gəlməsi barədə məlumat var. Qeyd edək ki, Yevlax RİH başçısı Q.Səmədovla onun qardaşı Ceyhun Səmədovun bir neçə belə restoran və kafeləri var. Əlavə məlumat veriləcək. Bizi izləyin. Geri qayıt |