Əsas Səhifə > Güney Press, Reklam > Bakcell korporativ abunəçilər üçün rouminq kampaniyası təqdim edir
Bakcell korporativ abunəçilər üçün rouminq kampaniyası təqdim edir14-07-2015, 11:40 |
Bakcell Gold (korporativ) abunəçilər üçün rouminq kampaniyasını təqdim edir: dəqiqəsi 25 qəpikdən istədiyiniz qədər danışın. Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin rouminqdə olan kampaniyalarından artıq Gold (korporativ ) abunəçilər də faydalana bilərlər. İnanılmaz dərəcədə sərfəli rouminq xidmətindən yararlanmaq üçün *130#YES kodunu yığmaq yetərlidir. Kampaniya çərçivəsində rouminqdə olarkən daxil olan zənglərin 1 dəqiqəsi 0.25 AZN, çıxan zənglərin 1 dəqiqəsi 0.75 AZN təşkil edir. Gündəlik xidmət haqqı 0.35 AZN- dir. Qeyd edək ki, Bakcell şirkətinin korporativ abunəçilərinin sərfəli rouminq qiymətlərindən faydalana biləcəyi ölkələrin sayı 30-dan 37-yə qədər artırılıb. Kampaniya barədə ətraflı məlumatı bu keçiddən almaq olar: http://www.bakcell.com/az/discounts-and-special-offers Hazırda Bakcell abunəçiləri ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər. Xarici səfərdə olan abunəçilər Bakcell Rouminq Applikasiyasından istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və İnternet qiymətləri və cari rouminq kampaniyaları haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. 4G rouminq xidmətinin tərəfdaşlarının siyahısı barədə məlumat da həmçinin Bakcell rouminq applikasiyasından əldə oluna bilər. Bakcell rouminq applikasiyası haqda daha ətraflı məlumat üçün: http://www.bakcell.com/az/bakcell-rouminq-ap Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər Geri qayıt |