Əsas Səhifə > Güney Press / Ana xəbər > Təbrizdə otelin pəncərəsindən asılmış vəziyyətdə tapılan kimdir?
Təbrizdə otelin pəncərəsindən asılmış vəziyyətdə tapılan kimdir?7-07-2015, 10:00 |
![]() Arslan Azim Oğlu adlı Facebook istifadəçisi iyulun 5-də Təbrizdə Azərbaycan vətəndaşı olduğu güman edilən şəxsin otelin pəncərəsindən asılmış vəziyyətdə fotosunu yayıb. (https://www.facebook.com/photo.php?fbid=783354008449453&set=a.447591125359078.1073741825.100003245822490&type=1&theater) Aslan Azim Oğlunun səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, TУ™brizin (İran Azərbaycanı) imam xiyabanındakı Cahannamə otelinin pУ™ncУ™rУ™sindУ™n asılmış adamı görüb və onun fotosunu çəkib. “Həmin adam odasının kУ™nar küçУ™yУ™ açılan pУ™ncУ™rУ™sindУ™n özünü asmış vУ™ sУ™hУ™rУ™ yaxın camaatın polisУ™ xУ™bУ™r vermУ™si ilУ™ itfailyУ™dУ™n (xilasedicilər-red) hadisУ™ yerinУ™ gУ™lmişlУ™r”, deyə o yazıb. Arslan Azim Oğlu hadisə yerində olanların asılmış vəziyyətdə olan insanın Azərbaycan vətəndaşı, Bakıdan olduğunu dediklərini yazıb. Öz növbəsində, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğu yayılan məlumat hələ nə təsdiq, nə də təkzib edib. Azərbaycanın Təbrizdəki baş konsulluğu Turan-ın sorğusuna cavab olaraq bildirib: “KİV və sosial şəbəkələrdə yayılan məlumat tərəfimizdən də nəzarətə götürülüb. Vətəndaşın Azərbaycan Respublikasının vətəndaşı olub-olmadığı, özünü asıb-asmadığı Baş Konsulluq tərəfindən aydınlaşdırılır və İranın Şərqi Azərbaycan Vilayətinin aidiyyatı orqanlarına sorğu göndərilib”, deyə baş konsulluğun cavabında deyilir. Geri qayıt |