Əsas Səhifə > Güney Press / Ana xəbər > Qaraçuxurda PKK var? - Maşınlarımızı kim yandırır?

Qaraçuxurda PKK var? - Maşınlarımızı kim yandırır?

6-07-2015, 12:55
Qaraçuxurda PKK var? - Maşınlarımızı kim yandırır?
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində insanlar təşviş içərisindədir. Səbəb aylardır qəsəbədə gecə vaxtı maşınlara od vuran şəxs və yaxud şəxslərin axtarışlarının nəticə verməməsidir.

Sakinlər musavat.com-a bildirir ki, təkcə son 1 ayda 10 - dan çox maşın yandırılıb. Yandırılan maşınların əksəriyyəti xarici avtomobillərdir. Qəsəbə sakinləri bildirir ki, bir neçə gündür sakitlik hökm sürür; bunun da səbəbi PPX və digər polislərin ərazidə gecədən səhərə qədər növbə çəkmələridir.

Artıq DİN-dən xüsusi qrup Suraxanı rayon polis idarəsindədir. İş o yerə çatıb ki, mülkü geyimli polis işçiləri qəsəbədə şübhəli şəxs qismində gördükləri istənilən şəxslərə yaxınlaşaraq kimliklərini tələb edirlər.

Ancaq hələ də Qaraçuxuru vahiməyə salan şəxs və yaxud şəxslərin axtarışı hər hansı bir nəticə verməyib. Məsələni diqqətdə saxlayacağıq.

Geri qayıt