Əsas Səhifə > Güney Press / Ana xəbər > “Kapital Bank”dan basqınla bağlı açıqlama gəldi
“Kapital Bank”dan basqınla bağlı açıqlama gəldi4-07-2015, 10:18 |
![]() “Kapital Bank” öz fəaliyyətini əvvəlki qaydada davam etdirir”. Bunu AzVision.az-a bankın mətbuat xidmətinin rəhbəri Vüsal Nağıyev deyib. O, bildirib ki, basqın zamanı bankdan heç nə oğurlanmayıb. “Gün ərzində Daxili İşlər Nazirliyi və “Kapital Bank” ASC hadisə ilə bağlı məlumat yayacaq. Hazırda fəaliyyətimiz normal qaydada davam edir. Hazırda hadisənin səbəbləri araşdırılır”. Qeyd edək ki, "Kapital Bank" ASC-nin Abşeron filialına silahlı basqın olub. Bir neçə silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıb. Bıçaq və güllə yarası almış mühafizəçi Əsədov Vüqar Vahid oğlu Daxili İşlər Nazirliyinin Xəstəxanasına yerləşdirilib. Cinayəti törədən şəxslərdən biri qaçarkən saxlanılıb. Adı hələlik açıqlanmayan saxlanılan şəxsin "Kapital Bank" ASC-nin Abşeron filialında inkasator vəzifəsində çalışdığı bildirilir. Geri qayıt |