Əsas Səhifə > Güney Press / Manşet / Üçüncü sektor > Masallıda "İstisu" sanatoriyasında biabırçı mənzərə...
Masallıda "İstisu" sanatoriyasında biabırçı mənzərə...3-07-2015, 11:36 |
![]() Dünyanın ən böyük problemlərindən biri olan insan alveri Azərbaycan üçün də ciddi təhdid mənbəyidir. Qadınları fahişəliyə cəlb edən cinayətkar qruplar indiyə qədər bu istiqamətdə bir xeyli işlər görüblər. Hərçənd hüquq mühafizə orqanlarının onlara qarşı apardığı mübarizə də yetərli sayıla bilməz. Çünki bu cinayətkar dəstələrin birini zərərsizləşdirdikdən sonra digərləri peyda olur. Və bu səbəbdən də onlarla mübarizə həmişə olacaq. Bu ümumi bəlanın Masallı rayonunda yerləşən İsti Su ərazisində də tuğyan etdiyinə dair məlumatlar ortaya çıxıb. Rayon sakini Fərid Hüseynov JAM.AZ-a göndərdiyi yazılı məlumatında bildirib ki, o, ailəsi ilə birlikdə İsti Su deyilən ərazidə istirahət etmək istəsə də, bu arzusunu reallaşdıra bilməyib. В«İstirahət Mərkəzlərində ailələrimizlə istirahət edə bilmirik. Orada olarkən çölə çıxanda adam xəcalət çəkir. Masallıdakı istirahət mərkəzlərinin bir çoxunda vəziyyət acınacaqlı və biabırçıdırВ». Fərid Hüseynov iddia edib ki, adlarını çəkdiyi В«sanatoriyaВ»ların əksəriyyəti gizli şəkildə qadın alveri ilə məşğul olur. В«Adını В«Fatimeyi ZəhraВ» Sağlamlıq Mərkəzi qoyublar. Amma qeyri-qanuni masajxanalar fəaliyyət göstərir. Burada az yaşlı qız uşaqlarının əməyindən istifadə olunur. Çox vaxtda bu masaj seansları gizli həyata keçirilirВ». Masallı sakini daha bir neçə yerin də adını hallandırıb. O bildirib ki, Masallıdakı В«Nil BağıВ», В«GölüstüВ» və В«Cənnət BağıВ» kimi tanınan obyektlərdə də insan alveri tüğyan edir. Və bu proses gizli şəkildə həyata keçirilirВ». Qeyd edək ki, Fərid Hüseynov bu məsələləri araşdırmaq üçün mətbuata bütün yardımlara hazır olduğunu da bildirib. Geri qayıt |