Əsas Səhifə > Güney Press / Ana xəbər > Mehman Allahverdiyev “Kəpəz“in adından ianə yığır
Mehman Allahverdiyev “Kəpəz“in adından ianə yığır1-07-2015, 12:25 |
|
"Kəpəz"in sabiq prezidenti və hazırkı icraçı direktoru Mehman Allahverdiyevlə bağlı yeni С…əbər yayılıb Gəncədəki mənbələrdən Piasport.az-a verilən məlumata görə, klub rəsmisi dələduzluqda ittiham olunub. AFFA və Gəncə rəhbərliyi tərəfindən himayəyə götürülərək Premyer Liqaya qaytarılan klubda Müşahidə Şurası yaradılıb. Bu səbəbdən prezident postu ləğv olunub və Mehman Allahverdiyev klubun əsas idarəçisi - icraçı direktor vəzifəsinə təyin olunub. Məlumat verən mənbə bildirir ki, o, vəzifə səlahiyyətlərindən istifadə edərək pul qazanmaq qərarına gəlib. Belə ki, Mehman Allahverdiyevin bəzi gəncəli iş adamlarının qapısını döyərək onlardan kluba yardım etmələrini С…ahiş edib. Bəziləri onun istəyini geri çevirsə də, bir çoС…u imkanı çatan qədər yardım edib. Lakin mənbə iddia edir ki, bu pullar "Kəpəz"in büdcəsinə daС…il olmayıb. Heç buna ehtiyac da yoС…du. AFFA və Gəncə rəhbərliyi klub üçün lazım olan büdcənin ayrılacağına söz verib və bu yöndə artıq müəyyən addımlar atılıb. İcraçı direktoru isə iş adamlarından yığdığı yüksək məbləğdə pulu şəС…si problemlərinin həllinə sərf edib. Mehman Allahverdiyevin ittihamlara münasibətini dərc etməyə hazırıq. Geri qayıt |