Əsas Səhifə > Güney Press / Ana xəbər > Biznesmeni oğurlayıb 10 milyon dollar tələb edən 3 azərbaycanlı tutuldu

Biznesmeni oğurlayıb 10 milyon dollar tələb edən 3 azərbaycanlı tutuldu


30-06-2015, 12:51
Biznesmeni oğurlayıb 10 milyon dollar tələb edən 3 azərbaycanlı tutuldu
Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları xüsusi təyinatlı “Rıs” dəstəsinin döyüşçülərinin dəstəyi ilə Moskva regionunda xüsusilə ağır cinayətlər törədən mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərini həbs ediblər.

Virtualaz.org saytı xəbər verir ki, mütəşəkkil qruplaşmanın üzvləri bu ilin may ayının sonlarında Moskvada 26 yaşlı biznesmeni oğurlayıblar və onun azad edilməsi üçün 10 milyon dollar tələb ediblər. Əks halda biznesmenə divan tutacaqları ilə hədələyiblər.

Bu faktla bağlı cinayət işi qaldırılıb. Əməliyyat nəticəsində biznesmeni oğurlayan 3 Azərbaycan vətəndaşı Moskva vilayətinin Solneçneqorsk rayonunun kəndlərinС€n birində həbs olunub. Onların oğurladığı biznesmen azad edilib.

Geri qayıt