Əsas Səhifə > Güney Press / Ana xəbər > "Azəriqaz"dan Binə sakinlərinə qeyri-adi qaz təminatı şərti...
"Azəriqaz"dan Binə sakinlərinə qeyri-adi qaz təminatı şərti...30-06-2015, 09:49 |
![]() Xəzər rayonunun Binə qəsəbəsində yaşayan sakinlər evlərinə təbii qaz xəttinin çəkilməsi üçün müraciət etmədikləri dövlət qurumu qalmayıb. JAM.AZ xəbər verir ki, qəsəbənin В«SovxozВ» deyilən ərazisində özünə ev tikimiş 24 sakin isə uzun illərdən təbii qazın nə olduğunu bilmir və bu səbəbdən də elektrik enerjisinin imkanlarınan istifadə etmək məcburiyyətində qalıb. Lakin qışda elektrik enerjisi sərfinə görə, ən azı 100 manat ödəməli olan binəlilər, bundan sonrakı mərhələdə evlərində təbii qazın yanmasını istəyirlər. Çünki qışda elektrik enerjisi ilə evləri qızdırmaq mümkün deyil. Məsələ ilə bağlı sakinlər Xəzər rayonu Qaz İstismar Sahəsinin rəis əvəzi Namiq Tarverdiyevə və В«AzəriqazВ»ın rəhbərliyinə müraciət ediblər. JAM.AZ-a verilən məlumata görə, 24 nəfərin imzası ilə təsdiq olunmuş məktubda В«Biz, Binə qəsəbəsi, В«SovxozВ» sahəsində yaşayan bir qrup əhali, yaşadığımız əraziyə qaz xəttinin çəkilməsi işinə baxılmasını xahiş edirikВ» sözləri qeyd olunub. Maraqlı məqam odur ki, Namiq Tarverdiyevin cavabı əhalini şoka salıb. Belə ki, sahə rəisinin əvəzi qaz xəttinin çəkilməsi üçün Binə sakinlərindən külli miqdarda pul istəyib. Və bundan əlavə, çəkiliş zamanı istifadə olunacaq materialların da vətəndaşlar tərəfindən alınacağı barədə xəbərdar edib. JAM.AZ-a məlumat verən qəsəbə sakinləri qeyd edirlər ki, onların belə imkanları yaxdur və bu səbəbdən də В«AzəriqazВ» rəhbərliyindən yardım istəyirlər. Prosesin isə ilin sonuna kimi yekunlaşmasını tələb edirlər. Xatırladaq ki, əhalinin təbii qazla təmin edilməsi məqsədi ilə bütün xətlər В«AzəriqazВ» tərəfindən çəkilməlidir. Bu zaman əhalidən pul istənilməsi qanunsuzdur. Ona görə ki, çəkiliş xərcləri bütünlüklə dövlət qurumunun üzərindədir. Və bunun ardından В«AzəriqazВ»ın əməkdaşlarının əhalidən pul istəməsi qətiyyən başadüşülən deyil. Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |