Əsas Səhifə > Güney Press / Ana xəbər > "Qarabağ əlilləri üçün araba evlərinə çatdırılmır"
"Qarabağ əlilləri üçün araba evlərinə çatdırılmır"24-06-2015, 14:03 |
![]() Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 928 nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib. Yaşadıqları rayonun (şəhərin) Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən əlil arabasının verilməsi barədə qərar qəbul edilən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlil arabası ilə təmin edilirlər. Müvafiq hallarda bölgələrdə yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara əlil arabaları həmin insanların faktiki yaşadıqları ünvanlara aparılmaqla, şəxsən təqdim olunur. Son günlərdə bu məqsədlə 20 ədəd əlil arabası xüsusi ayrılmış avtomaşınla Gəncə şəhəri və ətraf rayonlara göndərilib. Bu tədbir əlillərin arabala ilə təmin olunmaq üçün bölgələrdən Bakıya uzaq məsafə qət etmək çətinliyinin aradan qalxmasına, əlilliyi olan şəxslərin müvafiq xidmətlərdən daha rahat və şəffaf şəraitdə yararlanmalarına yönəlib. (vesti.az). Əlillər üçün arabaların evlərə çatdırılması dünyada geniş yayılıb. Rusiya Federasiyasında da əlil arabalarının çatdırılması üçün bütöv sistem yaradılıb. Və çatdırılma xərcləri dövlətin hesabınadır. Bəs, Azərbaycanda əlil arabaları ilə təmin olunmaq məsələsi necədir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial və tibbi eksperti Cavanşir Xəlilovun fikrincə, həqiqətən də əlillərə arabalar öz evlərində və pulsuz çatdırılır. Məsələ ilə bağlı “Qarabağ müharibəsi əlilləri” birliyinin sədri Etimad Əsədovun da fikirlərini öyrəndik. O, bildirdi ki, Qarabağ əlilləri üçün araba evlərinə çatdırılmır: “ Əlillər təzə araba üçün müxtəlif instansiyalara gedirlər. Onlar öz köhnə arabalarını təqdim edirlər. Əgər müəyyən olunsa ki, köhnə araba yararsızdır, onda yeni araba verilir və göndərmək əlilin öz hesabına olur”. Geri qayıt |