Əsas Səhifə > Güney Press / Ana xəbər > “Palmali“də böhran başladı - Mübariz Mənsimov müflis olur

“Palmali“də böhran başladı - Mübariz Mənsimov müflis olur


23-06-2015, 15:06
“Palmali“də böhran başladı - Mübariz Mənsimov müflis olur
Dünyanı ağuşuna alan maliyyə böhranı Türkiyədə fəaliyyət göstərən "Palmali" Şirkətlər Qrupundan da yan ötməyib

Ötən ildən müəyyən çətinliklər yaşayan Mübariz Mənsimovun şirkətində böhran pik həddə çatıb.

"Palmali"nin Bakı ofisindən PİA.AZ-a məlumat verən mənbə bildirir ki, son 3 ayda şirkətdə ciddi maliyyə problemləri yaşanır. Bunun nəticəsidir ki, şirkətin sponsorluq etdiyi "Xəzər Lənkəran" klubunda 3 aydır nə futbolçulara, nə də məşqçi və teС…niki heyətə maaş verilmir. Hətta "Palmali" reklam müqaviləsi bağladığı mətbuat orqanları qarşısındakı öhdəliklərini də 3 aydan artıqdır ki, yerinə yetirə bilmir. Bu da təbii ki, klubda və mətbuatda ciddi narazılıqlara səbəb olub.

Klub və mətbuatla yanaşı, "Palmali"nin Bakı ofisinin əməkdaşlarının maaşlarında da problemlər yaranıb. Burdakı rəhbərlik işçiləri "İstanbuldan tezliklə pul gələcək" vədi ilə aldararaq, sakitləşdirməyə çalışır. Amma hələ ki, gözlənilən pul gəlib çıС…mayıb.

PİA.AZ-a məlumat verən mənbə həmçinin qeyd edir ki, "Palmali"nin Azərbaycanla yanaşı, Türkiyə və digər ölkələrindəki ofislərində də ciddi maliyyə problemləri var. Bunun nə vaС…t düzələcəyi də bəlli deyil.

Geri qayıt