Əsas Səhifə > Güney Press / Ana xəbər > Elmlər Akademiyasının parkında "nakam sevgi"...

Elmlər Akademiyasının parkında "nakam sevgi"...


23-06-2015, 11:20
Elmlər Akademiyasının parkında "nakam sevgi"...
Bakı şəhərində axşamlar insanların daha gur olduğu parklarda öpüşən gənclər haqda çox yazılıb. Ancaq buna baxmayaraq, digər istirahət guşələrində olduğu kimi, Elmlər Akademiyasının parkı da hər axşam bir-birinə sarılan gənclərlə dolu olur. Kimisi ayaq üstə, kimisi isə oturmuş vəziyyətdə sevgilərini bölüşürlər. Bəlkə də deyəcəksiniz ki, burda nə var ki? Nə qədər istəyirlər, öpüşsünlər.

Əslində, bizim də başqasının həyatına, hisslərinə müdaxilə etmək fikrimiz yoxdur. Lakin redaksiyamızın elektron poçtuna göndərilən informasiyadan və fotoşəkillərdən məlum olur ki, srağagün bir gəncin “sevgi macərası” ona çox baha başa gəlib. Belə ki, mənbənin bildirdiyinə görə, iyunun 21-də axşam saatlarında bir polis əməkdaşı Elmlər Akademiyasının parkında əyləşən bir gənc oğlana yaxınlaşaraq kəmərindən yapışıb onu sürüyə-sürüyə yaxınlıqdakı mühafizə məntəqəsinə aparıb. Oğlanın etirazına, qışqırıb səs-küy salmasına baxmayaraq, polis əməkdaşı mühafizə xidmətinin əməkdaşlarının köməyi ilə onu Elmlər Akademiyasının parkının girişindəki qara şüşəli mühafizə məntəqəsinin içərisinə salıblar. Saxlanılan şəxs məntəqədə səs-küy salıb. Səs-küyə toplaşan camaat saxlanılan şəxsin söyüşlərlə təhqir olunduğunu, döyüldüyünü görüblər. Bu zaman mühafizə xidmətinin əməkdaşları hadisə yerinə toplaşan insanları ərazidən uzaqlaşdırıblar.
Mənbə mühafizə məntəqəsinin yaxınlığında bir qızın ağladığını da bildirir. Bu, redaksiyaya göndərilən fotoşəkildə də öz əksini tapıb. Hadisə şahidlərinin məlumatına görə, həmin saxlanılan oğlan qıza söz atıb, o da ona sataşan oğlandan yaxınlıqdakı mühafizə xidmətinin əməkdaşlarına şikayət edib.
Az sonra hadisə yerinə mülki geyimdə üç nəfər gəlib. Əvvəlcə, polis, sonra da hadisə yerinə gələn mülki geyimli şəxslər qızla ayrılıqda söhbət ediblər. Bundan sonra mülki geyimli şəxslər də məntəqəyə daxil olaraq, saxlanılan şəxsə güc tətdiq ediblər. Çünki həmin adamlar içəri daxil olandan sonra da saxlanılan şəxs qışqıraraq, günahsız olduğunu, hətta müəllim işlədiyini deyib. Bir neçə dəqiqədən sonra əraziyə post patrul xidməti maşını gəlib.
Deyilənə görə, hadisə yerinə çağırılan post patrul xidmətinin əməkdaşları saxlanılan şəxsi maşına basıb Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci polis bölməsinə aparıblar.
Digər bir polis əməkdaşı isə şikayətçi qızı “QAZ-31-10” markalı “Volqa” avtomobilinə əyləşdirərək post patrul xidməti manınının arxasınca hərəkət edib. Hadisəni kənardan izləyən insanlar da baş verənlərə təkcə tamaşa etməklə kifayətlənməyiblər. Onlar olayı lentə almaq, şəkillər çəkmək qərarına gəliblər.
Məsələ ilə bağlı Yasamal RPİ 28-ci polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən faktla bağlı məlumat verməkdən imtina etdilər. \\tezadlar.az\\

Elmlər Akademiyasının parkında "nakam sevgi"...
Elmlər Akademiyasının parkında "nakam sevgi"...
Elmlər Akademiyasının parkında "nakam sevgi"...

Geri qayıt