Əsas Səhifə > Güney Press / Ana xəbər > BQXK Dilqəm və Şahbazla görüşəcək
BQXK Dilqəm və Şahbazla görüşəcək22-06-2015, 11:23 |
![]() Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə görüş keçirəcək. Bu barədə AzVision.az-a girovlarımızın yaxınları məlumat verib. Bildirilib ki, ailələr erməni girovluğunda olan D. Əsgərov və Ş. Quliyevə məktub da göndərəcək: “Bu həftə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Dilqəm və Şahbaza baş çəkəcək. Bu barədə bizə Komitədən məlumat veriblər. Dilqəm və Şahbaza görə çox narahatıq”. Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |