Əsas Səhifə > Güney Press / Ana xəbər > Ağdam səmasında uçan naməlum obyekt görünüb
Ağdam səmasında uçan naməlum obyekt görünüb19-06-2015, 11:20 |
|
Bu gün səhər saatlarında Ağdam səmasında uçan naməlum obyekt görünüb. "Qafqazinfo"ya yerli sakinlərin verdiyi məlumata görə, obyekti təmas xəttinə yaxın yerləşən ərazilərlə açıq aydın müşahidə etmək mümkün olub. Naməlum obyekt işğal altında olan ərazilərdən keçib. Güclü işıq axını ilə müşahidə edilən obyekt səssizliyi və sürəti ilə diqqət çəkib. Təxminən 5 dəqqiqəyə yaxın səmada görünən naməlum obyekt tədricən gözdən itib. Qeyd edək ki, bu cür obeyktlər ötən gün Tərtər rayonun Qapanlı kəndi ərazisində müşahidə edilib. Geri qayıt |