Əsas Səhifə > Güney Press / Ana xəbər > В«Papağı başı isti saxlamaq üçün yox, namus üçün qoyarlarВ»

В«Papağı başı isti saxlamaq üçün yox, namus üçün qoyarlarВ»


18-06-2015, 12:51
В«Papağı başı isti saxlamaq üçün yox, namus üçün qoyarlarВ»
Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə böyük (papaq), arvadda isə ləçək (çərqəd) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara "tərlik" deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı. Bu papaq formasının Səfəvi hökmdarlarının "qızılbaş" ordusundan qalması zənn edilir.

Papaq – təkcə baş üçün geyim vasitəsi deyil. FaktXəbər-in məlumatına görə, ümumiyyətlə nə Qafqaz ölkələrində, nə qazaxlarda papaq ancaq başı isti saxlamaq üçün qoyulmurdu. Atalar sözləri və məsəllərə müraciət etsək bunun bariz nümunəsini görərik. Qafqazda deyilir: В«Əgər baş salamatdırsa, orda papaq olmalıdırВ», В«Papağı başı isti saxlamaq üçün yox, namus üçün qoyarlarВ», В«Papağını qabağına qoy, fikirləşВ».

Papağın xüsusiyyəti odur ki, o, başıaşağı gəzməyə qoymur. O, elə bil ki, özü insan tərbiyə edərək, onun belinin əyilməsinə imkan vermir.

Azərbaycanda papaq əsasən qoyun xəzi və ya qaragüldən hazırlanırdı. Onların müxtəlif formaları və yerli adları mövcüd idi. Araqçını kənddən kənarda papaqsız taxmaq ədəbsizlik hesab olunurdu, bu, yalnız uşaqlara icarə verilirdi.

Dağıstanda isə papağın köməyi ilə evlilik təklifi edilirdi. Oğlan elçi göndərmək istəyərkən, əvvəlcə qızın pəncərəsinə papağı atırdı. Əgər papaq gec qaytarılırdısa, deməli, cavab müsbətdir.

Papağı başdan salmaq ciddi təhqir idi. Əgər dava zamanı müxaliflərdən biri papağı yerə atırdısa, bu o deməkdir ki, ölnə qədər vuruşmağa hazırdır.

Papağı ancaq başla itirmək olardı. Bu səbəbdən qiymətli əşyalar, hətta zinət əşyaları saxlayırdılar.

Maraqlı faktlar:

В«Papağı başı isti saxlamaq üçün yox, namus üçün qoyarlarВ»

Mahmud Esambaynev SSRİ Ali Sovetinin yeganə deputatı idi ki, iclasda papaqla oturmağa icazə verilirdi. Deyirlər ki, Leonid Brejnev çıxışdan əvvəl zala nəzər salar, esambayevin papağını gördükdən sonra isə deyirdi: В«Mahmud yerindədir, başlaya bilərikВ».

FaktXəbər-in məlumatına görə, yazıçı Aleksandr Düma Qafqaza səfər edərkən bu papaqla şəkil çəkdirməyə qərara almışdı. Foto bu günümüzə qədər gəlib çatıb.

В«Papağı başı isti saxlamaq üçün yox, namus üçün qoyarlarВ»

Papaqlar müxtəlif cür olur. Onlar yunun quruluşundan tutmuş tükün uzunluğuna qədər fərqlənir.

Bunların arasında ən bahalıları qaragül papaqlar sayılır. Onlara В«BuxaraВ» papabğı da deyilir.

Azərbaycanda papağın növləri aşağıdakılardır

Motal - papağı əsasən kənd əhalisinin yoxsul təbəqələri taxırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu.

Çoban - əsasən çobanlar tərəfindən taxılırdı. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu.

Buxara papaq - bu papaqlar üçün dərini Buxaradan gətirirdilər. Onları yalnız bəy zümrəsinin nümayəndələri və həmçinin varlı adamlar taxırdı. Konus şəklində və ya iti uclu hazırlayırdılar. Belə papaqlar həm də şəhər aristokratiyası üçün də xarakterik idi. Buxara papağa “Şiş papaqları” və ya “bəy papaqları” da deyilir.

Geri qayıt