Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistanda rus hərbçi öldürüldü

Ermənistanda rus hərbçi öldürüldü


15-06-2015, 13:02
Ermənistanda rus hərbçi öldürüldü
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb.

Virtualaz.org erməni KİV-nə istinadən xəbər verir ki, artıq onun şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, cəmi iki ay əvvəl hərbi xidmətə çağırılmış Rusiya vətəndaşı İvan Novikov Gümrü şəhərində yerləşən 102-ci bazada xidmət edirmiş.

Onun cəsədi “Ana Ermənistan” adlanan kompleksin ərazisində tapılıb. İlkin ekspertiza nəticəsində məlum olub ki, rus hərbçi güllələnərək qətlə yetirilib.

Hazırda hadisə araşdırılır.

Geri qayıt