Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakı Metropoliteni “Dəmir Yolları”na birləşdirilir?

Bakı Metropoliteni “Dəmir Yolları”na birləşdirilir?


11-06-2015, 10:59
Bakı Metropoliteni “Dəmir Yolları”na birləşdirilir?
Dünyanın bir çox ölkəsində metropoliten dəmir yolları idarəsinin nəzdində fəaliyyət göstərir. Bu günlərdə kütləvi informasiya vasitələrində “Bakı Metropoliteni” QSC-nin “Azərbaycan Dəmir Yolları” QSC-yə birləşdiriləcəyi haqda məlumat yayılıb. Bu prosesin ölkədə start götürəcək struktur islahatları zamanı gerçəkləşəcəyi də söylənilir.

Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün hər iki qurumla əlaqə saxlayıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu məlumatın həqiqətəuyğun olmadığını bildirib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əziməmmədov isə hələ ki bu məsələnin müzakirə olunmadığını deyib: “Bu, əsassız xəbərdir. Bəlkə gələcəkdə bu məsələ gündəmə gələ bilər? Onu deyə bilmərəm...”.

Geri qayıt