Əsas Səhifə > Güney Press / Ana xəbər > İraqı dağıdan klubun gizli Türkiyə planı

İraqı dağıdan klubun gizli Türkiyə planı


10-06-2015, 11:36
İraqı dağıdan klubun gizli Türkiyə planı
Sabah Avstriyanın Troll şəhərində bir çox nəzəriyyəçilərin “dünyanı idarə edən qüvvə” adlandırdıqları Bilderberq klubunun növbəti görüşü keçiriləcək.

Axar.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, 4 gün davam edəcək və qapalı keçiriləcək görüşlərdə maliyyəçilər, siyasətçilər, jurnalistlər, texnologiya və müdafiə sənayesinin nəhəng firmalarının rəsmiləri və alimlər iştirak edəcək.

Hollandiya, Avstriya və Belçika baş nazir, İngiltərə, İsveç, ABŞ, Almaniya kimi ölkələr isə nazir səviyyəsində qatılacaq.

Klubun builki görüşündə müdafiə sənayesi, kiber təhlükəsizlik və sülh kimi bir çox məsələlər müzakirə olunacaq. Lakin iclas zamanı aparılan müzakirələrin heç biri rəsmi olaraq qeydə alınmır. Bu isə Bilderberq klubunun gerçəkdə nəyi müzakirə etdiyi və hansı qərarları verdiyi məsələsində şübhə yaradır.

Bu il Türkiyədən klubun iclasına müxalif siyasətçilər və jurnalistlər qatılacaq. CHP-dən millət vəkilləri Selin Sayek, İlhan Kəsici, PKK-nın terror təşkilatı olmadığını deyən “Cümhuriyyət” qəzetinin yazarı Nuray Mərd və “Habertürk” qəzetinin köşə yazarı Soli Özəl bu il Türkiyəni təmsil edəcəklər.

Klubun son iki ildə Türkiyə hökumətindən heç kimi dəvət etməməsi isə ağıllara “qlobal güclərin yeni bir oyun arxasında olması” sualını gətirir.

Türkiyədə xaos mühiti yaratmağa çalışan xarici qüvvələr həm media, həm də lobbiçilik fəaliyyətləri ilə Türkiyəyə təzyiq etmək üçün fürsət axtarır.

Qeyd edək ki, Bilderberq klubunun ilk görüşü 1954-cü ildə keçirilib. Dünya sistemini dəyişən bəzi önəmli qərarları bu klubun verdiyi iddia edilir.
Həmin qərarlar bunlardır:

Avropa Birliyinin avroya keçməsi;

İtaliyada 1970-1980-ci illərdə mafiyanın əli ilə terror dalğası;

Yuqoslaviyanın parçalanması;

İraqda qarşıdurmaların alovlandırılması;

Üsamə Bin Ladenin güclənməsi;

Respublikaçıların ABŞ-ı müharibəyə aparması;

Obamanın ABŞ prezidenti seçilməsi;

Geri qayıt