Əsas Səhifə > Güney Press / Ana xəbər > Ramil Usubovun diqqətinə: Onlar bir В«əhsənВ»i haqq etdilər…
Ramil Usubovun diqqətinə: Onlar bir В«əhsənВ»i haqq etdilər…10-06-2015, 09:33 |
![]() Bacardılar… Ölkəmiz mühüm bir tədbirin astanasındadır. Əslində, düşünürdük ki, özünün yorucu və bezdirici ənənəvi tıxacları ilə Bakımız bu sınaqdan üzüağ çıxmaya bilər. Amma bu gün gördüklərimiz Azərbaycan Dövlət Yol Polisi əməkdaşlarının ən azından bir ƏHSƏNi haqq etdiklərini ortaya çıxarır. Əhsən, sizlərə… Tam mübağiləsiz yazıram… Bu gün Azərbaycanın yol polisi əməkdaşları bir qəhrəman kimi fəaliyyət sürdürür. Bakının tıxaclarını bu gün əgər biz hiss etmiriksə, 1-ci Avropa Oyunları zamanı daha da rahat bir şəraitin olacağı tam şübhəsizdir. Təbii ki, buna gərgin əmək sayəsində nail olunub. Mən buradan cənab daxili işlər naziri Ramil Usubova üz tuturam: Hər gün keçdiyim yolların eyni yol polisləri tərəfindən nəzarət altında saxlanıldığını görürəm. Yaxşı başa düşürəm ki, bir şəxsin ən azından 20 saat növbə tutması nə deməkdir. Bu, yol polislərimizin əzmkarlığıdır. Bu gün Dövlət Yol Polisinin rəhbərliyi - başda DYP rəisi Ramiz Zeynalov olmaq şərtilə, cənab nazir, Sizin üzünüzü ağartdılar… Siz isə Azərbaycanın üzünü… Buna görə bu gün yollarda əziyyət çəkən hər bir DYP əməkdaşına bir azərbaycanlı olaraq təşəkkür edirəm… Başda elə həmin elə sıravi DYP əməkdaşları olmaqla… Bu da vətən qarşısında bir xidmətdir. Özü də xidmətlərin ən gözəl olanı… Vüsal HACIOĞLU Vertikal.az portalının rəhbəri Geri qayıt |