Əsas Səhifə > Güney Press / Ana xəbər > Keçmiş nazir Hacıbala Abutalıbovun müqdafiəsinə qalxdı

Keçmiş nazir Hacıbala Abutalıbovun müqdafiəsinə qalxdı


9-06-2015, 16:04
Keçmiş nazir Hacıbala Abutalıbovun müqdafiəsinə qalxdı
Keçmiş maliyyə naziri Saleh Məmmədov Moderator.az-da gedən "Hacıbala Abutalıbovla bağlı bədbin proqnoz" yazısına münasibət bildirib:

Həmin yazı bu linkdə---moderator.az/index.php?xeber=80824

"Heç kimi müdafiə etmək fikrində deyiləm, amma insanları və ya şəxsiyyətləri dəyərləndirərkən subyektivliyə yol vermək də bir günahdır. Səhvsiz adam yoxdur (səhvsiz ya ölü, ya da dəli ola bilər). Ruzvelt deyirdi ki, əgər bilsəm ki, hərəkətlərimdə 70% haqlıyam, özümlə fəxr edərdim. İnsanları dəyərləndirərkən bir tərəzi götürün, adamın mənfilərini tərəzinin bir gözünə, müsbətlərini isə digər gözünə toplayın, hansı agır gəlsə, o adamı o fomada da dəyərləndirin. Bakı merinin gördüyü müsbət işlər onun hətta ən ciddi nöqsanlarından və səhvlərindən belə qat - qat çoxdur. Bakı onun sayəsində kolxoz - bazar-parklardan, heyvanxanalardan, çirkabdan təmizlənmiş, yeni memarlıq sənət əsərlərinin, təmiz yollar və körpülər məskəninə çevrilib."

Geri qayıt