Əsas Səhifə > Güney Press / Ana xəbər > "Əfv bu dəfə də olmayacaq"

"Əfv bu dəfə də olmayacaq"


9-06-2015, 15:27
"Əfv bu dəfə də olmayacaq"
15 iyun “Qurtuluş günü” yaxınlaşdıqca, növbəti əfv sərəncamının imzalanıb-imazalanmayacağı haqda müxtəlif informasiyalar yayılır. Bir çox hüquq müdafiəçisi bu ərəfədə növbəti əfv sərəncamının imzalanacağını istisna etmir.

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvi, xalq şairi Zəlimxan Yaqub Modern.az-a açıqlamasında bu haqda məlumatının olmadığını bildirib.

“Bu ay əfv olacağı haqqına heç bir məlumatım yoxdur. Əgər əfv olsaydı, bununla bağlı bizə xəbər edilərdi”.

Geri qayıt