Əsas Səhifə > Güney Press / Ana xəbər > 700 suriyalı erməni ailəsi Dağlıq Qarabağa GƏTİRİLİR
700 suriyalı erməni ailəsi Dağlıq Qarabağa GƏTİRİLİR9-06-2015, 11:20 |
|
“Artıq 73 ailə işğal altındakı torpaqlarımıza yerləşdirilib”. Hafta.az-ın news.am – a istinadən verdiyi xəbərə görə, bu haqda Ermənistan Miqrasiya xidmətindən bildirilib. Verilən məlumatlarda vurğulanır ki, artıq bununla bağlı sənədləşmə işləri də aparılır: “Elə ailələr var ki, sənədləri yoxdur. Onların pasportlaşması başa çatandan sonra köçürülmə başa çatacaq. Köçürülmə yerləri hələ dəqiq deyil. Amma “köçkünlərin” Kəlbəcərə (Karvatsar) köçürülmə ehtimalları üzərində layihə hazırlanması düşünülür. İrəvanda onların yerləşdirilməsi bir sıra səbəblərə görə, mümkün deyil”. Xatırladaq ki, işğalçı Ermənistanın daha əvvəl də işğal etdikləri Kəlbəcər, Laçın və Ağdərə ərazilərində Suriya ermənilərini yerləşdirmələri haqqında xəbər vermişdik. Geri qayıt |