Əsas Səhifə > Güney Press / Ana xəbər > Hansı QHT rəhbərləri deputat seçilmək istəyirlər?
Hansı QHT rəhbərləri deputat seçilmək istəyirlər?9-06-2015, 10:00 |
![]() Bu ilin noyabr ayında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Qeyri-hökumət təşkilatlarının rəhbərlərindən kimlər deputatlığa namizədliyini irəli sürəcək? Modern.az saytı bu sualla QHT rəhbərlərinə müraciət edib. Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev: “Namizədliyimi verib-verməməklə bağlı tam qərar qəbul eləməmişəm. Seçkilərə kifayət qədər vaxt var. 2005-ci ildə Yeni Azərbaycan Partiyası namizədliyimi irəli sürmüşdü. Həmin seçkidə də qalib gəlmişdim. Amma sonra seçkilərdə iştirak etməmişəm”. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev: “Bu barədə fikirləşirəm. Hələ ki tam qərarımı verməmişəm” Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı: “Bu barədə bir qərarım yoxdur. Namizədliyimi verə bilərəm. Bunu seçki ərəfəsində müəyyənləşdirəcəyəm”. Geri qayıt |