Əsas Səhifə > Güney Press / Ana xəbər > Ermənistan "Bakı 2015"i canlı verə bilər
Ermənistan "Bakı 2015"i canlı verə bilər2-06-2015, 10:42 |
![]() "Ermənistanın Bakı 2015 I Avropa Oyunlarını yayımlaması ilə bağlı istək var, hazırda danışıqlar gedir”. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov söyləyib. O bildirib ki, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi və canlı yayımı təşkil edəcək şirkət Ermənistanla bu məsələ ətrafında danışıqları davam etdirir. “Hələlik istək olsa da, konkret bir nəticə əldə olunmayıb. Bu barədə dəqiq bir şey söyləyə bilmirik”. Nazir Avropa Oyunlarında neçə dövlət başçısının iştirak edəcəyini də aydınlıq gətirib. A.Rəhimov qeyd edib ki, açılış mərasimində 30 yaxın dövlət başçısı qatılacaq. Xatırladaq ki, I Avropa Oyunlarının açılış mərasimi iyun ayının 12-də olacaq. Geri qayıt |