Əsas Səhifə > Güney Press, Şou-biznes > Xatirə İslam maşını kimə hədiyyə etdiyini açıqladı

Xatirə İslam maşını kimə hədiyyə etdiyini açıqladı


1-06-2015, 11:21
Xatirə İslam maşını kimə hədiyyə etdiyini açıqladı
"Maşın" realiti-şounun qalibi Xatirə İslam maşını kimə hədiyyə etdiyini açıqladı.

ANS PRESS-in məlumatına görə, ANS TV-nin "Günə Baxan" verilişinin qonağı olan sənətçi şouda udduğu avtomobili qardaşına bağışladığı bildirdi.

"Qardaşım həmişə mənə deyir ki, maşın istəyirəm. O iki kurs tələbəsidir. Maşını yox idi, məktəbə avtobusla gedirdi. Hər dəfə söz verirdim ki, sənə maşın alacam. Amma anam qoymurdu. Mən də düşünürdüm ki, Allah eləməsin, birdən nəsə olar, başına bir iş gələr, sonra günahkar mən olaram.

Əslində mən "Maşın"a getmək istəmirdim, toylarım var idi, onları əldən buraxmaq istəmirdim. Qardaşımın bir sözü ilə razılaşdım. Mənə dedi ki, bacı sən get, qalib olsan maşını mənə verərsən. Mən də qardaşıma görə getdim və maşını uddum. Sözün düzü, hələ sənədlər hazır deyil deyə, maşını heç kim sürmür".

Geri qayıt