Əsas Səhifə > Güney Press / Ana xəbər > Rövnəq Abdullayev islam ölkələrinin ən bacarıqlı şirkət rəhbəri seçildi
Rövnəq Abdullayev islam ölkələrinin ən bacarıqlı şirkət rəhbəri seçildi1-06-2015, 10:44 |
![]() Biznes və iqtisadiyyat jurnalı olan "Derin Ekonomi" iyun buraxılışının üz qabığına "İslam ölkələrinin ən bacarıqlı 50 CEO-su" yazısını çıxarıb. "Report" xəbər verir ki, baş ofisi ABŞ-da yerləşən "Dinar Standart"ın hazırladığı siyahıda 57 islam ölkəsinin toplam gəlirlərinin 6,7 trln. dollar olduğu deyilir. Araşdırılan 50 şirkət rəhbərinin adının yer aldığı siyahıya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev başçılıq edir. Rankinq cədvəlinin üçlüyündə digər iki yeri isə Liviya Milli Neft Şirkətindən Nuri Berruien, Malayziyalı "Proton"dan Datuk Lukman İbrahim tutub. Geri qayıt |