Əsas Səhifə > Güney Press > Samir Cavadzadə "Maşın"dan da dəyərli hədiyyə qazandı

Samir Cavadzadə "Maşın"dan da dəyərli hədiyyə qazandı


29-05-2015, 16:27
Samir Cavadzadə "Maşın"dan da dəyərli hədiyyə qazandı
"Maşın" realiti-şouda qələbənin bir addımlığında oyunu tərk edən Samir Cavadzadə avtomobildən də dəyərli hədiyyə qazandı.

ANS PRESS-in məlumatına görə, Murad Dadaşovun rəhbərlik etdiyi MGP - M Qrup Prodakşn şirkəti ifaçı ilə 5 illik müqavilə imzalayıb.

Tərəflər arasında başlanmış müqaviləyə əsasən növbəti 5 il ərzində müğənninin iştirakı ilə bir çox layihələr həyata keçiriləcək.

Şirkət Samir Cavadzadənin konsertlərini təşkil edəcək, musiqi albomlarını buraxacaq və digər yaradıcı layihələrə imza atacaq.

Murad Dadaşov 2010-cu ildə analoji addımı dünyasını dəyişmiş Hüseyn Dərya ilə də atmışdı. Onun rəhbərlik etdiyi MGP o vaxtlar ulduzu sönmüş repçinin konsertini təşkil etmişdi. Hüseyn Dərya bu könsertilə yenidən gündəmi zəbt etməyi və əvvəlki populyarlığına geri dönməyi bacarmışdı.

Geri qayıt