Əsas Səhifə > Güney Press / Ana xəbər > “Dəvəquşu kimi başını torpağa soxmaqla deyil ki”

“Dəvəquşu kimi başını torpağa soxmaqla deyil ki”


27-05-2015, 13:12
“Dəvəquşu kimi başını torpağa soxmaqla deyil ki”
Xəbər verdiyimiz kimi İbrahim Nehrəmlinin qardaşı Natiq İbrahim qazaxlı iş adamı Elşad Məmmədovu ölümlə təhdid edib. Moderator.az-ın verdiyi xəbərə görə, Natiq İbrahim məsələ ilə bağlı azvision.az-saytına açıqlama verərək. Elşad Məmmədovun yalan danışdığını iddia edib və qazaxlı iş adamını xəstə adlandırıb.
Moderator.az-a açıqlama verən Qazaxlı iş adamının sözlərinə görə, onun facebook profilinə təhdid mesajlarını yazan şəxs elə Natiq İbrahimin özü olub:
Natiq İbrahim də qardaşı kimi şərə-böhtana qaçır. Yazışmaları, söyüşləri, təhqirləri haqda şəkillər mətbuatda yayımlanıb. Yalanda danmaqla deyil ki...
Dəvəquşu kimi başını torpağa soxa bilərsən amma sənin kim olduğunu hamı görür. Qardaşın da bir vaxtlar mənə yalançı, fırıldaqçı deyirdi indi sübut olundu ki, fırıldaqçı da kimdir yalançı da. Ət tökmək məsələsinə gəlincə, sənin qardaşının 1 milyonluq maşının önündə qara corab, ağ vetnamka ilə şəklini görən bütün camaatın əti tökülüb. Gir bir sosial şəbəkələrə bax, gör insanlar kim haqda nələr danışır.”

Geri qayıt