Əsas Səhifə > Güney Press / Ana xəbər > Şirvan sakinləri narahatdır: Təhlükəli üzlüklər sökülməyib...
Şirvan sakinləri narahatdır: Təhlükəli üzlüklər sökülməyib...22-05-2015, 13:03 |
![]() Bir neçə gün bundan öncə Bakı şəhəri, Binəqədi rayonunda baş verən yanğın hadisəsi bütün ölkə əhalisini sarsıtdı. Həmin hadisə zamanı 16 nəfərdən çox insan yanaraq faciəvi şəkildə həlak oldu. 60 nəfərdən çox insan ağır yanıq xəsarətləri alaraq xəstəxanalara yerləşdirildi. Bu hadisə hələ-hələ ölkə vətəndaşlarının yaddaşından silinməyəcək. Ona görə ki, yanğın zamanı günahsız körpələr həlak oldu və bəziləri yanıqdan əzab çəkərək xəstəxana otaqlarında acılar içində qıvrılırlar. Əlbətki bu yanğın hadisəsinə səbəbkar olan insanlar öz layiqli cavablarını alacaqlar. Bu gün deyilsə sabah qanun qarşısında cavab verməli olacaqlar. Çünki həmin günahsız körpələrin ahı yerdə qalmayacaq və Allah onların ölümünə səbəb olan şəxslərin cəzalarını verəcək. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq ölkə başçısının xüsusi göstərişi ilə Bakı və ətraf rayonlarda binaların üzlükləri sürətlə sökülməyə başlayıb. Bu söküntü işlərinə Gəncə, Sumqayıt və digər böyük şəhərlər də qoşulub. Çünki yanmaq təhlükəsi çox olan üzlüklərin sökülməsi bilavasitə insanların təhlükəsizliyindən xəbər verir. Əgər belə olmadığı halda hər an həmin yanma təhlükəsi olan binada faciəvi şəkildə insanlar tələf ola bilərlər. Ona görə də dövlət qrumları operativ hərəkətə keçərək, yanmaq təhlükəsi olan binaların üzlüklərinin sökülməsinə başladılar. Lakin bəzi şəhər və rayon rəhbərləri ölkə başçısının bu xüsusi tapşırığını qulaqardına vuraraq hələ də yanmaq təhlükəsi böyük olan binaların üzlüklərinin sökülməsinə göstəriş verməyiblər. Belə çıxır ki, həmin binada yaşayan insanların həyatı, ölkə başçısının tapşırıqlarına saymazyana yanaşan icra başçılarını maraqlandırmır. Həmin şəhərlərdən biri də Şirvandır. Belə ki, Şirvan şəhər icra başçısı Mərdan Camalov sanki ölkə başçısının çıxışlarından xəbərsizdir və Bakı şəhəri, Binəqədi rayonunda baş verən yanğın hadisəsini eşitməyib. Əgər belə olmasaydı Şirvan şəhərində yanmaq təhlükəsi olan binaların üzlüklərinin sökülməsinə göstəriş verərdi. Axı bu tapşırığı ölkə başçısı cənab İlham Əliyev verib. Buradan görünür ki, Mərdan Camalovu həmin binada yaşayan insanların həyatı maraqlandırmır və ona şəhərdə süni gözəllik yaratmaq lazımdır. Sizlərə təqdim edəcəyimiz şəkillər dediklərimizə əyani sübutdur. Artıq dünəndən etibarən Şirvan şəhər polis şöbəsinin rəisi xüsusi göstəriş verərək və polis əməkdaşlarının həyatları onu maraqlandırdığı üçün idarənin binasının üzlüklərini sökdürür. Lakin icra başçısı Mərdan Camalov hələ də binaların sökülməsinə lazımi tapşırıqlar verməyib. Hələ üstəlik dünən dərc etdiyimiz yazıdan sonra öz müavininə tapşırıq verərək deyib ki, Xalqxeber.Az-ın redaksiyasına zəng elə o yazını çıxarsın və "Arı yuvasına çöp soxmasın, yoxsa Peyman Sadıqov üçün heçdə yaxşı olmaz". İcra başçısının müavini Şəfayət Əsgərov baş redaktor Peyman Sadıqova ( 055-244-68-00 ) telefon nömrəsi ilə zəng edərək, Mərdan Camalovun "zakazını" çatdırmaq istəyib. Zəng edərək bildirib ki, başçımız deyir dərhal o "Bakıda baş verən yanğın Şirvan şəhərində təkrarlana bilər" başlığı altında dər olunan yazını çıxarsın və mənə məlumat versin. Sanki Peyman Sadıqov "zakaz oddeldə" işləyir. Hətta müavin baş redaktora bildirib ki, əgər məlumatı ordan silməsə başçı deyir məndən sonra inciməsin. Belə də qalsa Şirvanda bir Xalqxeber.Az saytının yazısı ilə heç bir bina sökülməyəcək. İcra başçısına bildirmək istəyirik ki, Mərdan müəllim, biz öz sözümüzü demirik, cənab prezident İlham Əliyevin xüsusi göstərişlərini qələmə alırıq yəni bunu biləsən. Görünür Mərdan Camalov Xalqxeber.Az-da dərc olunan yazıdan yaman narahat olub və canına vəl-vələ düşüb. Çünki bu binaları söküb təzədən üzləyərək düzəlmək böyük xərc tələb edir. Amma düşünmək lazımdır ki, cənab Prezident demişkən "bizim vəzifəmiz insanlara xidmət etmək və onlara qayğı göstərməkdir". Hətta Prezident çıxışında bildirdi ki, "mənim üçün ən vacib məsələ 1-ci Avropa Oyunları deyil, xalqımın həyatının təhlühlükəsizliyidir və insanların sağlamlığıdır". Yəqin ki, bizim bu yazdıqlarmızdan Şirvan şəhər icra başçısı Mərdan Camalov bir nəticə çıxarar və insanların göz görə-görə tələf olmasının qarşısının alınması üçün söküntü işlərinə başlayar. \\ Xalqxeber.Az \\ Geri qayıt |