Əsas Səhifə > Güney Press > DESFA-nın özəlləşdirilməsi ilə bağlı SOCAR-a suallar göndərmişik, cavab gözləyirik
DESFA-nın özəlləşdirilməsi ilə bağlı SOCAR-a suallar göndərmişik, cavab gözləyirik21-05-2015, 11:35 |
![]() . Avropa Komissiyası Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) tərəfindən özəlləşdirilməsi ilə bağlı SOCAR-a suallar göndərib. “APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Rəqabət siyasəti üzrə Avropa İttifaqı komissarı Marqret Vestager “Euractiv” agentliyinə bildirib. “Avropa Komissiyası SOCAR tərəfindən DESFA-nın özəlləşdirilməsi ilə bağlı təklifin Yunanıstanın qaz bazarındakı rəqabətə mane olub-olmayacağını müəyyən etmək üçün 2014-cü ilin noyabrında hərtərəfli tədqiqata başlayıb. Komissiyanın DESFA və SOCAR-la bağlı son qərarını verməsi üçün məsələ yanvarın 21-də müvəqqəti olaraq dayandırılıb və hələ ki açılmayıb. İşimizin bir hissəsi kimi, biz SOCAR-a suallar göndərmişik, şirkətin də bizə dolğun və tam cavab verməyini gözləyirik. Bu mərhələdə müraciətin son nəticəsi ilə bağlı fikir yürütmək çox tezdir”, - deyə M. Vestaqer qeyd edib. Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir. Geri qayıt |