Əsas Səhifə > Güney Press / Ana xəbər > Novxanı sakinləri hər an ölüm təhlükəsi ilə üz-üzə
Novxanı sakinləri hər an ölüm təhlükəsi ilə üz-üzə21-05-2015, 10:12 |
|
"Novxanı bağlarının Qurtdərəsi massivindən 200-dən yuxarı bağ evlərinin həyətlərinə çox təhlükəli, hər an qırılma ehtimalı olan 35 min kilovatlıq yüksək gərginlikli Ceyranbatan-Goradil elektrik xətti keçir". FaktXəbər-in verdiyi məlumata görə, orada yaşayan sakinlərin adından şikayət məktubu yollayan Samirə Məmmədli belə deyir. Onun sözlərinə görə, bu xəttin başqa yerə köçürdülməsi və ya kabelləşdirilməsi mümkündür: В«Lakin sakinlərin dəfələrlə şikayət etməsinə baxmayaraq, heç bir tədbir görülmür, məktublara baxılmır, get-gələ salınırlarВ». Samirə xanımın sözlərinə görə, şikayətçilər arasında müharibə veteranları, Qarabağ qaziləri və şəhid ailələri var: В«Biz neçə illərdir ki, min bir əziyyətlə özümüzə ev qurmuşuq. Sakinlərin özləri, uşaqları, nəvə-nəticələri bu xəttin altında yaşayırlar. Bu xətlər illər öncə vaxtını başa vurub. Elektrik naqilləri, işıq dirəkləri çürümüş vəziyyətdədir. Hər an bu xətlərin qırılma ehtimalı var.В» Sumqayıt sakini FaktXeber.com-a həmçinin onu da bildirib ki, bu torpaqlar sovet dövründən verilib: В«Bu ərazilərin sənədləri bağlar idarəsinin verdiyi, indi isə bələdiyyəyə keçmiş bağ sənədidir. Bu xəttə görə indi bu bağlara sənədləşdirə, yəni özəlləşdirə, kupça ala bilmirikВ». Samirə xanım sakinlərin adından bu əraziyə baxan dövlət qurumlarından şikayət edərək, onların nə maraq güddüyünü anlamadığını deyir. O, həmçinin imkanlı şəxslərin həyətindən bu xətlərin çıxarıldığını da xüsusi vurğulayıb. Geri qayıt |