Əsas Səhifə > Güney Press / Ana xəbər > Gədəbəyin icra başçısından narazı ailə millət vəkilinə üz tutdu
Gədəbəyin icra başçısından narazı ailə millət vəkilinə üz tutdu20-05-2015, 13:50 |
![]() Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun Səfərovlar ailəsinə qarşı tətbiq etdiyi təhdid və təqiblər bu ailəni qorxu içərisində saxlayır. Yaranmış vəziyyətdən çıxış yolu axtaran ailənin üzvləri kömək üçün müxtəlif instansiyalara müraciətlər ünvanlamaqdadırlar. Vaqif Səfərovun həyat yoldaşı Aybəniz Əliyeva isə növbəti müraciətini Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət xanım Aslanovaya ünvanlamışdır. Müraciətin mətnini olduğu kimi dərc edirik.Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət xanım AslanovayaGədəbəy şəhər sakini Əliyeva Aybəniz Ramazan qızı tərəfindən Xahişnamə Çox hörmətli Rəbiyyət xanım! Mən Sizə yazdığım birinci məktubda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun bizim ailənin başına açdığı qanunsuzluqlar haqqında yazmışdım və Sizdən bizə köməklik göstərməyinizi xahiş etmişdim. Bu qanunsuzluqlar, özbaşınalıqlar haqqında təkcə Sizə yox, bütün dövlət orqanlarına dəfələrlə müraciət etmişdim. Amma bizim başçı bunun heç birinə əhəmiyyət vermədi. Bizim ailənin tək işləyəni gəlinim Səfərova Jalə Aslan qızı idi. 1 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırdı. Jalənin 4 uşağı var. Uşaqlarının biri əsgər, biri tələbə, ikisi isə 6 yaşlı ekizlərdir. Körpələr çox zəif olduğuna görə həkimlərə tez-tez müraciət etməli oluruq. Uşaqların xəstəliyinə görə Jalə xəstəxanada yatmalı olur. Elə bu yaxınlarda da Jalə növbəti dəfə həkimin açdığı bülletenə əsasən bir ay işə çıxa bilməyib. Həkimdən aldığı bülleteni isə məktəbin direktoru Sevda Musayevaya Jalə öz əli ilə verib. Görün bizim rayonda olan qanunsuzluq nə qədər baş alıb gedir ki, başçı bülleten verən həkimi və baş həkimi hədələyərək bülleteni üzə çıxarmamağı əmr edir və mənim gəlinimi işə davam etmədiyinə görə həmkarların qərarına əsasən işdən azad etdirir. Ona görə ki, mən öz haqqımı tələb edirəm. Bundan sonra isə Ramiz Yediyarov mənə deyir ki, sən şikayət etmə, mən də gəlinini işə qaytarım. Mənim şikayətim isə nahaq olmayıb. Bu xüsusda mən dəfələrlə müxtəlif instansiyalara, həmçinin mətbuata müraciət edərək bildirmişəm ki, Ramiz Yediyarov bizim ailəyə məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edib. Belə ki, hazırda icra başçısının Gədəbəy şəhərində özü üçün tikdirdiyi Ticarət Mərkəzinin yerləşdiyi torpaq sahəsi əslində mənim həyat yoldaşım Vaqif Səfərova məxsusdur. Bu ərazi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının 16 iyun 1998-ci il 143 в„–-li sərəncamı ilə Səfərov Vaqif Qara oğlunun adına verilmiş və Ramiz Yediyarov tərəfindən heç bir əsası olmadan əlindən alınmışdır. Bundan sonra həmin ərazidə Ticarət Mərkəzi tikdirən Ramiz Yediyarov öz obyektini işə salmaq məqsədilə Gədəbəydə bir çox sahibkarların dükan və mağazalarını sökərək, onların zorla Ticarət Mərkəzinə köçürülməsinə başlamışdır. Bütün gədəbəylilər bilir ki, o ərazi Vaqif Səfərova məxsusdur. O ticarət mərkəzində yer alan şəxslər də bilməlidir ki, bir torpaq iki nəfərin adına sənədləşə bilməz. Bu cinayətdir. Hələlik biz bunu cənab Ramiz Yediyarova və onun əlaltılarına sübut edə bilmirik. Demək bizim rayonda qanun da, dövlət də ancaq icra başçısıdır. Belə çıxır ki, başçı həkimə əmr etsə, həkim hətta ölüm ayağında olan xəstəyə də baxmaz. Bu məktubumla Sizə bildirmək istəyirəm ki, Siz mənim harayıma çatana qədər başçı inanılmaz şantajlara əl atır. Mən ailəmi qorumaq üçün yenə də dövlət orqanlarına və Sizə müraciət edirəm. Xahiş edirəm, Ramiz Yediyarovun həddini aşmasına imkan verməyin. Mən qorxu içindəyəm. İmza: Əliyeva Aybəniz Ramazan qızı. Geri qayıt |