Əsas Səhifə > Güney Press / Ana xəbər > Penoplast istehsalçısı etiraz bildirdi

Penoplast istehsalçısı etiraz bildirdi


20-05-2015, 13:20
Penoplast istehsalçısı etiraz bildirdi
"Mahmud Topçu K" MM IKF-nin direktoru Mahmud Topçuyev "Yeni Müsavat" qəzetinin redaksiyasına məktub göndərərək penoplast adlanan tikinti materialının ictimaiyyətə yanlış təqdim edilməsindən narahatlığını bildirib.

Qəzetin redaksiyasına daxil olan məktubda deyilir:

"19 may 2015 ildə Binəqədi rayonunun Azadlıq prospektində yerlışən 16 mərtəbəli binanin yanğını, yanğın nəticəsində 14 nəfərin həyatını itirməsi, çoxsayli insanların canlarına, mallarına ciddi zərər dəyməsi bizim kollektivi sarsıtdı.
Ölənlərin ailələrinin dərin kədərini hiss edərək onlara baş sağlığı ,xəsarət alanların tezliklə sağalmalarını diləyirik.
Biz sizin qəzetdə, qurumunuza bağlı elektron informasiya vasitələrində respublikada baş verən hadisələri, o cumlədən bu faciəvi hadisəni operativ halda oxucuların diqqətinə çatdırdığnizi izləyirik. Verilən xəbərlər, yazılan məqalələr dəqiq və obyektiv olmalıdır. Üzülərək bildirmək istəyirik ki,yanmış binalarda (daha əvvəl Nobel prospektində "Nargilə" kafesinin yanındaki yanan bina da daxil olaraq) istifadə olunan üzlüklərin adı təhrif olunur. Bu binalarin üzlənməsində poluretandan istifadə edilmişdir, penoplastdan deyil. Sizin xəbərlərinizdə və məqalələrinizdə materialin adı penoplast kimi ifadə olunur.
Bir penoplast istehsalçisi kimi penoplastin polurretandan tam fərqli bir material olduğunu nəzərinizə çatdırırıq. Bizim istehsal etdiyimiz penoplastın tərkibində yanğınin yayılmaması üçün xüsusi qatqı istifadə olunur, o da yanğının yayılmasına imkan vermir, bu tərkibli penoplast yanmır, əriyir. Bizim istehsal etdiyimiz penoplastin kodu (Avropa standarlarına uyğun olaraq) EN-13501-1 E-sinifidir.
Məlumatlarınızdakı yanlışlar, fəaliyyətimizə ciddi mənfi təsir göstərir,başqa sözllə desək, bizə qarşı əks-reklam rolu oynayır.
İnanıriq ki,bu məlumatları yayan və məqalələri yazanlar bu sahədə dərin bilgiyə sahib olmadiqlarına görə yanan evlərdə istifadə olunan materialın adını düzgün ifadə etmirlər.
Yayılan məlumatlarən düzəldilməsi və gələcəkdə belə yanlışlara yol verilməməsi üçün sizdən bir rəhbər kimi, müvafiq tədbirlərin görülməsini xahiş edirik".

Geri qayıt