Əsas Səhifə > Güney Press / Ana xəbər > “IST petrol” sahibi 1 milyona görə infarkt keçirib?
“IST petrol” sahibi 1 milyona görə infarkt keçirib?19-05-2015, 10:51 |
![]() “IST Petrol” yanacaqdoldurma məntəqələrinin sahibinin infarkt keçirdiyi xəbəri yayılıb. Bu barədə TİA.AZ-a mötəbər qaynaqdan verilən xəbərdə də bildirilir ki, Araz adlı sahibkar mayın 12-də stress, həyəcandan infarkt olub. Hazırda onun vəziyyətinin orta ağır olduğu və bu günlərdə Türkiyəyə aparılacağı iddia edilir. Məlumatda deyilir ki, “İST Petrol” rəhbərinin infarkt keçirməsi ondan tələb olunan vergi ilə əlaqədar ola bilər. İddia və ehtimal olunur ki, sahibkardan 1 milyon manat vergi tələb olunması iş adamını həyəcanlandırıb, həmin gün mübahisə etdiyi üçün qəfil halı pisləşib. İş adamı bu pulu verə bilmək iqtidarında olmadığını söyləyəndən sonra ona qarşı irəli sürülən şərt vəziyyətini ağırlaşdırıb və əsəbdən infarkt olub. Onu da xatırladaq ki, Bakının Tbilisi prospektində, Zooparkın yaxınlığında və Əhmədli qəsəbəsində “IST Petrol” yanacaqdoldurma stansiyaları fəaliyyətdədir. Ancaq sözügedən yanacaqdoldurma məntəqələrində istehlakçılara təqdim olunan yanacaq həddindən artıq keyfiyyətsizdir. Yanacağın tərkibinə yad maddələr qatılır. Bu isə həm avtomobilə, həm ekologiyaya mənfi təsirsiz ötüşmür. Geri qayıt |