Əsas Səhifə > Güney Press / Ana xəbər > Avropa İqtisadi Palatası dələduzluqla məşğuldur...
Avropa İqtisadi Palatası dələduzluqla məşğuldur...19-05-2015, 08:20 |
|
14 mayda qafqaznews.org saytında “EEİG-nin 50 faizlik “kənar” gəliri” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə “Azmeco” şirkətinin başçısı Nizami Piriyevin Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatasının ( EEİG ) ölkəmizdəki nümayəndəliyinin prezidenti kimi fəaliyyətindən bəhs edirdi. Məqalə müəllifi təsdiq edirdi ki, EEİG üzvü hər il 1000 avro üzvlük haqqı ödəməlidir. Məqalə müəllifi bildirir ki, Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatası hansısa otelə, yaxud qida məhsuluna, içkiyə EEİG standartına uyğun olması barədə sənəd verir. EEİG ayrıca bir şəxsə Avropa Keyfiyyət və Xidmət Standartlarını almaq istəyən şirkətləri yoxlamaq üçün səlahiyyət verir. Həmin şəxs EEİG-nin Avropa Keyfiyyət və Xidmət Standartını almaq istəyən hər hansı bir şirkəti, müəssisəni və ya layihəni audit yoxlamaq hüququnu qazanır. EEİG aşağıdakı sertifikatları verir: “Ekoloji Mənzil üzrə Avropa Keyfiyyət Standartı” (EuEcoQS), “Orqanik məhsullar üzrə Avropa Keyfiyyət Standartı”(EuOPS), “Avropa Xidmət Standartı”(EuSS), “Avropa Otel Standartı”(EuHS), “Avropa Restoran Standartı(EuRS), “Avropa Qəhvə evləri / Kofe Haus Standartı”(EuCS), “ Düşərgə sahələri üzrə Avropa Keyfiyyət Standartı” (EuCSQS), “ Evdən və Birbaşa Satışlar Avropa Keyfiyyət Möhürü”, “Muzey Keyfiyyət Möhürlü Avropa Muzey Standartı”, “Şərab Keyfiyyət Möhürlü Avropa Şərab Standartı” və sairə. Biz EEİG-nin sertifikatlarının sahibkarlara hansı qiymətə başa gəldiyini araşdırmaq qərarına gəldik. Bu məqsədlə EEİG-nin Rusiya nümayəndəliyinin prezidenti Sergey Fokinlə əlaqə saxladıq. O, Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org ) bildirdi ki, sertifikat almaq üçün heç nə lazım deyil: “ Bizim təşkilat sahibkarlar klubudur. Qurumun üzvü olan sahibkarlar sadəcə üzvlük haqqı ödəyir. Siz öz məhsullarınız və xidmətləriniz barədə Avropa ofisinə siyahı göndərirsiniz və onlar sizə zəruri olan sertifikatı göndərir”. 15 mayda qafqaznews.az saytı EEİG-nin sertifikatları ilə bağlı qeyd edib ki, EEİG-i Avropa Standartlarının qiyməti 3-cü kateqoriya üzrə 4000 Avro, 2-ci kateqoriya üzrə 6,500 avro, 1-ci kateqoriya üzrə 10,000 avrodur.(Hər bir standartın 3 səviyyədə də təsnifatı var). Bu məlumat Sergey Fokinin dedikləri ilə ziddir. “Gənclərin təşəbbüsü” İB-nin sədri, EEİG-nin sabiq vitse -prezidenti Ülvi Kazımlı Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki: “Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatasının verdiyi sertifikatların qiyməti 3-7 min avro arasında dəyişir. EEİG-nin Türkiyə nümayəndəliyinin prezidenti Kərim Əlirzayev mənə təklif elədi ki, sertifikatların satışı ilə məşğul olum. Bu satışdan əldə olunan gəlir Avropada mərkəzi ofisə göndərilməli idi. Mən təklifdən imtina elədim”. Müxbirimizin “ Nə üçün?” sualına Ü.Kazımlı belə cavab verib: “ Çünki mən bilirdim ki, bu sertifikatların heç bir əhəmiyyəti yoxdur”. Kərim Əlirzayev isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, Ülvi Kazımlı mən təşkilata gələnədək orada işləyib: “ Həm də hər bir Avropa təşkilatı məhsul və xidmət üçün öz sertifikatını verir. Bunlar Avropa normalarına və standartlarına uyğundur”. Əlirzayevin sözlərinə görə, bu məsələ EEİG-yə də aiddir: “ Bu sertifikatlar məhsulları Avropa ölkələrinə çıxartmağa kömək edir. Avropada alıcı inandığı təşkilatın sertifikatına əhəmiyyət verir”. Müxbirimizin “ Sənədlərdə ticarət markası və sənaye nümunələri üçün 640 avro tələb olunduğu halda EEİG-nin keçmiş vitse -prezidenti Ülvi Kazımlı bildirib ki, sertifikat 3-7 min avroya satılırdı” fikrinə Əlirzayev belə münasibət bildirib: “ Sertifikatların dəyərini biz yox, konsaltinq şirkətləri müəyyən edir. Sertifikat vermək üçün həmin şirkətin nümayəndələri Bakıya gəlməlidir. Bunusabit1n üçün pul lazımdır”. Müxbirimizin “ Hansı Azərbaycan şirkətlərinin Avropa bazarına girməsinə kömək etmisiniz?” sualına Əlirzayev belə cavab verdi: “ Bu kommersiya sirridir”. Sözardı: Biz əldə etdiyimiz məlumatları tanınmış iqtisadçı Sabit Bağırovla bölüşdük. O, Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki, mən Avropa İqtisadi Palatası barədə heç nə bilmirəm: “ Amma bütün bunlar daha çox dələduzluğa bənzəyir”. Geri qayıt |