Əsas Səhifə > Güney Press / Ana xəbər > Milli vəkili Qalib Salahzadənin evindən silah-sursat aşkarlandı
Milli vəkili Qalib Salahzadənin evindən silah-sursat aşkarlandı15-05-2015, 11:26 |
![]() Hacı Qalib Salahzadə ifadəsində bildirib ki, bu sulah-sursatdan xəbəri yoxdur, orada yaşamır və həmin evdə xidmətçilər və mühafizəçiləri qalır DİA.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb. Faktla bağlı dindiriliən Hacı Qalib Salahzadə ifadəsində bildirib ki, bu sulah-sursatdan xəbəri yoxdur, orada yaşamır və həmin evdə xidmətçilər və mühafizəçiləri qalır. Deputatın evində belə bir əməliyyat keçirilməsini hüquq-mühafizə orqanlarından da təsdiqləyiblər. Məlumata görə əməliyyatı polis keçirib. Artıq məsələ DİN rəhbərliyinin nəzarəti altındadır və hazırda ciddi araşdımalar aparılır. “Qafqazinfo” millət vəkilinin də mövqeyini öyrənməyə çalışıb. O belə bir faktın baş vermədiyini, məlumatın ona qarşı təxribat olduğunu bildirib. Qeyd edək ki, Sabunçu rayonundan millət vəkili olan Qalib Salahzadə həm də Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır. Geri qayıt |