Əsas Səhifə > Güney Press / Ana xəbər > “Piriyev istintaqdan yayınmaq fikrində deyil”
“Piriyev istintaqdan yayınmaq fikrində deyil”14-05-2015, 14:09 |
![]() İki gün öncə Bakıda həbs olunan Nizami Piriyev hazırda DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır. Oliqarxın vəkili Muxtar Mustafayevin sözlərinə görə, N.Piriyevin səhhəti yaxşıdır, o, saxlanma şəraitindən şikayət etmir.Bununla belə M.Mustafayev bildirib ki, N.Piriyev ona qarşı irəli sürülən ittihamlarla razı deyil. Oliqarx deyib ki, o, bankdan götürdüyü kreditlərin hamısını metanol zavoduna sərmayə kimi yatırıb. N.Piriyev həmin zavodun indiki bazar qiymətinin 800 milyon dollardan artıq olduğunu da sözlərinə əlavə edib. Muxtar Mustafayevin sözlərinə görə, oliqarxa qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Barəsində məhkəmə qərarı ilə 3 ay 24 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Piriyev bu müddət ərzində “Bandotdel”in təcridxanasında saxlanılacaq. Piriyev “Azmeco”nun başççısı, “PNN Group” şirkətinin təsisçisi, “KFC” restoranlar şəbəkəsinin sahibidir. (APA) Nizami Piriyev Beynəlxalq Bankdan götürdüyü 250 milyon dollarlıq krediti qaytarmadığı üçün ittiham olunur. Piriyev isə həmin pulu metanol zavodunun tikintisinə sərf olunduğunu bildirib. Piriyevin dediyinə görə, zavodun həqiqi dəyəri 800 milyon dollardır. (haqqin.az). Piriyevin vəkili Muxtar Mustafayev Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, onun müdafiə etdiyi şəxs həbs olunanda bütün qaydalara riayət olunub: “ Ancaq Piriyev öz həbsini əsaslandırılmamış hesab edir. Piriyev istintaqdan yayınmaq fikrində deyil və müstəntiqin bütün suallarına cavab verməyə hazırdır”. Geri qayıt |