Əsas Səhifə > Güney Press / Ana xəbər > Saxlanılan iş adamlarından 14 nəfər azadlığa buraxıldı
Saxlanılan iş adamlarından 14 nəfər azadlığa buraxıldı14-05-2015, 13:59 |
![]() Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmış iş adamlarından 14 nəfər azadlığa buraxılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, buna səbəb həmin şəxslərin külli miqdarda kredit borclarını tamamilə ödəməsi olub. Qeyd edək ki, bəzi iş adamları banklardan külli miqdarda vəsaiti kredit kimi götürərək, geri qaytarmayıblar. Yaranmış kredit borcları faizləri ilə birlikdə bir neçə milyard dollara yaxın vəsaitə çatıb. Bu cinayət işi çərçivəsində Nərimanov rayon Məhkəməsi tərəfindən "PNN Group” şirkətinin təsisçisi Nizami Piriyev barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Eyni zamanda böyük məbləğdə kredit borcu olan "Avesta" Holdinqin sahibi İbrahim Nehrəmli istintaqa cəlb edilib. Geri qayıt |