Əsas Səhifə > Güney Press / Ana xəbər > Benderovçu qızı Rusiyada “məxməri inqilab” hazırlayır
Benderovçu qızı Rusiyada “məxməri inqilab” hazırlayır13-05-2015, 11:59 |
![]() Son vaxtlar ABŞ Rusiyada qeyri-hökumət təşkilatlarına ayrılan maliyyəni artırıb. Virtualaz.org saytı xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazır. Rusiyada Amerikanın yumşaq güc siyasətinin - “demokratiyanın inkişaf etdirilməsinin” kuratoru Azərbaycanda da yaxşı tanınan, Ukrayna əsilli, benderovçu qızı Nadya Dyukdur. Hazırda o, ABŞ-ın Demokratiyaya Dəstək Milli Fondunun (NED) vitse-prezidentidir. Nadya Dyukun məsuliyyət zonasına Afrika, Mərkəzi Avropa və Avrasiya, Latın Amerikası və Karib hövzəsi daxildir. Nadya Dyuk Böyük Britaniyada anadan olub, Oksford Universitetində sovet və Rusiya tarixindən dərs deyib. Ukrayna əsilli olduğunu 2012-ci ildə nəşr olunmuş “Rusiya, Azərbaycan və Ukraynada növbəti nəsil: gənclər, siyasət, identiklik və dəyişikliklər” kitabında yazır. Kitabda atası Petro Dyuka minnətdarlıq edir. Kazak Petro Dyukun adına Britaniya Ukraynalıları İttifaqının və Çexiyadakı ukraynalı emiqranların jurnalında rast gəlmək olar. O, Ukrayna Qiyamçı Ordusunun üzvü olub, II dünya müharibəsi zamanı Ukraynada sovet partizanlarına qarşı döyüşüb. Müharibədən sonra Mərkəzi Kəşfiyyat İdarəsindən maliyyələşob. Petro Dyuk 2005-ci ildə 80 yaşında vəfat edib. Hazırda onun qızı Vaşinqtonda yaşayır, Ukrayna mənşəli amerikalı Adrian Karatintski ilə evlidir. A.Karatintski 1993-2004-cü illərdə “Freedom House” təşkilatına rəhbərlik edib. Nadya Dyuk və onun əri müntəzəm olaraq Azərbaycan, Rusiya və digər keçmiş sovet respublikalarında insan haqları problemlərini qabardıb, hakimiyyətləri tənqid edib. “İzvestiya” yazır ki, ABŞ administrasiyası Nadya Dyukun kurasiya etdiyi proqrama maliyyəni hər il artırır. NED Birləşmiş Ştatların hökumət agentliyi olan USAİD-dən hər il yüz milyonlarla dollar alır. USAİD-in fəaliyyəti 2012-ci ildə Rusiyada qadağan olunub. Ötən il isə Azərbaycan hakimiyyəti NED-in və USAİD-in maliyyələşdirdiyi digər Amerika fondlarının fəaliyyətini dayandırıb. Bildirilir ki, USAİD 90-cı illərin əvvəllərindən Rusiyadakı layihələrə 2,6 milyard dollar ayırıb. NED USAİD-dən əlavə fərdi donorlardan da maliyyə alır. Onların arasında “Chevron”, “Coca-Cola”, “Goldman Sach”, “Google”, “Microsoft”, ABŞ Ticarət Palatası, keçmiş dövlət katibi Kondoliza Rays, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktor müavini və keçmiş müdafiə naziri Frenk Karluççi, dövlət katibinin keçmiş müavini Pol Dobryanski, keçmiş dövlət katibi Henri Kissincer və digərləri də yer alır. NED Azərbaycanda olduğu kimi Rusiyada da qrant ayırdığı təşkilatların siyahısını açıqlamır. Sonuncu dəfə belə siyahı 2011-ci ildə dərc edilib. Ekspertlər bildirir ki, fond gizli iş rejiminə keçib. Geri qayıt |