Əsas Səhifə > Güney Press / Ana xəbər > Həbsdəki oliqarxın “Azərİnşaat”ı işçilərin pulunu yeyib

Həbsdəki oliqarxın “Azərİnşaat”ı işçilərin pulunu yeyib


13-05-2015, 11:27
Həbsdəki oliqarxın “Azərİnşaat”ı işçilərin pulunu yeyib
“Azərİnşaat” MMC işçilərin haqlarını yeyir.

TİA.AZ-ın məlumatına görə, şirkət yol çəkilişində fəhlələrin və sürücülərin əmək haqlarını kəsib. İlham Kazımov adlı işçi Bakı dairəvi yolunda çalışıb. O vaxtdan bu günə kimi işlədiyi müddətdə həftə sonları işləməyinə baxmayaraq, həmin günlərin pulu ödənilməyib. Həftə ərzində 40 saat işləməli olduğu halda 70 saat işləyib.. 2012-ci ildən “Sahil Tağıyev” lahiyəsinə göndəriblər. Yük maşını sürdüyü halda, indi su maşını sürməyə başlayıb.
O vaxtdan bu günə kimi də Sahil Tağıyev lahiyəsi bitdikdən sonra, Şamaxı yolu lahiyəsində işə başlayıb. 70 sürücüdən 56-sının maaşı 50 manat qalxdı. Yerdə qalan 14 nəfər isə 450 manat məvaciblə işləyir. Görəsən nə üçün 4 ay bundan əvvəl işə düzələn sürücü 550 manat ödənildiyi halda, illərlə işləyən və təcrübəli işçilər 450 manat məvacibə işləməlidir.

Qeyd edək ki, şirkətin rəhbəri Mehdi Əliyev həbs olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun keçmiş bankir Cahangir Hacıyevə görə tutulduğu bildirilir.

Geri qayıt